Müxalif liderin zor anları

Müxalif liderin zor anları

29 Aprel 2011 13:11
954
Bəyəndim (0) Bəyənmədim (0)


Uqanda nümayişçilərinin qabaqcıl müxalifət lideri Kazza Besigiy 1 ayda 4-cü dəfə nəzarət altına götürülüb.

1 həftədir tutulduğu həbsxanadan dünən sərbəst buraxılan Besigiy qiymət artımlarının etiraz edildiyi bir nümayişə gedərkən polis tərəfindən zorla avtomobilindən çıxarılıb. Keçən həftə təşkil edilən bir başqa nümayişdə qolundan vurulan və əsa ilə gəzən Demokratik Dəyişiklik Forumu (FDC) lideri Besigiy maşınına hücum edən mülki geyimli polisə qarşı çəkiclə özünü qorumağa çalışıb. Silahın tutacağı ilə Besigiyin avtomobilinin şüşələrini qıran və pəncərədən içəri gözyaşardıcı qaz sıxan polis liderlə mühafizəçilərini zorla çölə çıxararaq, polis bölməsinə aparıb.

Polis müxalifət liderini qorumaq üçün vasitənin yanında gedən onlarla Besigiy tərəfdarını da döyüb.

Maraqlıdır, müxalifət lideri avtomobilində çəkic gəzdirməyi nə üçün lazım bilib?

Günel Həbib


O.M.