Qarabağ probleminin həlli ABŞ-dan keçir

Qarabağ probleminin həlli ABŞ-dan keçir

28 Aprel 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir və ona görə də, həmsədrlərin ABŞ dövlət katibinin müavini ilə görüşündə qeyri-adi məqam yoxdur. Təbii ki, həmsədrlər Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı danışıqların indiki mərhələsi barədə dövlət katibinin müavinini məlumatlandırıblar". Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.


R. Musabəyov bildirib ki, ABŞ superdövlətdir və onun iştirakı olmadan hər hansı beynəlxalq problemin həlli mümkün olmur. Bu baxımdan, ABŞ Dağlıq Qarabağ münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. O xatırladıb ki, Dağlıq Qarabağ problemi ilə bağlı bir neçə dəfə həmsədr ölkələrin prezidentləri tərəfindən bəyanat verilib. "Amma bəyanatın səslənməsi ilə icra olunması arasında böyük məsafə var. Bu prosesdə konkret səylərə ehtiyac var və bu səylər edilməlidir", - deyə politoloq qeyd edib.


R. Musabəyovun sözlərinə görə, işğalçı dövlət açıq şəkildə münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir. Beynəlxalq birlik isə Ermənistanın bu mövqeyini sükutla qarşılayır. Politoloq qeyd edib ki, işğalçı dövlətə beynəlxalq dəstək kəsildikdən sonra problemin həlli üçün şanslar yüksələcək.


Yeri gəlmişkən, bir əzazil müəllim tələbələrinə deyir:

- Mən sizin hamınızı bir gözlə görürəm.

Tələbələrdən biri cavab verir:

- Yaxşı ki, iki gözlə görmürsünüz

...


Hafiz Əhmədov


O.M.