Prezident İlham Əliyev Viktor Yanukoviçi qəbul edib

Prezident İlham Əliyev Viktor Yanukoviçi qəbul edib

28 Aprel 2011 14:54
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.


Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.