İsrail BMT-yə xəbərdarlıq etdi

İsrail BMT-yə xəbərdarlıq etdi

4 Aprel 2011 12:21
748
Bəyəndim (0) Bəyənmədim (0)

Israil BMT-dən 2008-ci ildə Qəzzada dinc vətəndaşlara atəş açıldığı haqqında sənədləri ləğv etməsini istəyib.

Belə ki, sənədi qələmə alan Cənubi Afrikalı Riçard Qoldstoun İsrail barədə gedən yazıların səhv olduğunu söyləyib. O, Vaşinqton Post qəzetinə verdiyi müsahibədə "bu gün bildiklərimi onda bilsəydim, sənəd tam başqa olardı" deyə açıqlama verib.

Cənubi Afrikalı hakimlər isə Riçard Qoldstounun qərəzli olduğu haqqında qərar qəbul ediblər.

Qoldstoun öz növbəsində bu fikirlərin Həmas təşkilatına məxsus olduğunu və mövqeyini dəyişməyəcəyini bildirib.