Oqtay Əsədov Qazaxıstanlı həmkarı ilə görüşüb

Oqtay Əsədov Qazaxıstanlı həmkarı ilə görüşüb

27 Aprel 2011 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Türkdilli ölkələr arasında parlamentlərarası əlaqələri inkişaf etdirmək vacibdir. Bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qazaxıstan Parlamentinin spikeri ilə görüşündə bildirib.

O, "Biz vahid kökə, ümumi mədəniyyətə malikik. Bu, bizi, türkdilli ölkələri XXI əsrdə daha çox yaxınlaşmağa məcbur edir", deyib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın TÜRKPA-ya sədrliyi dövründə bütün türkdilli ölkələrin təşkilata cəlb edilməsinə nail olacağına ümid edir.

Oqtay Əsədov, "Qazaxıstan bütün dünyada tanınıb və Mərkəzi Asiya regionunda, Azərbaycan isə Cənubi Qafqazda liderdir. Qazaxıstan və Azərbaycan qardaş xalqların gələcəkdə də tərəqqisi üçün səyləri birləşdirməlidirlər", deyib.


Qəribədir ki, Qazaxıstan əhalisinin böyük əksəriyyəti özünü rusdilli adlandırır...


Elvin Babayev


O.M.