Yerevan ermənilərin altıncı bəndilə Paşinyanın sələfləri kimi danışıqları uzatmaq niyyətindədir

Yerevan ermənilərin altıncı bəndilə Paşinyanın sələfləri kimi danışıqları uzatmaq niyyətindədir

8 May 13:19
169
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı ekspertlər Yerevanın irəli sürdüyü şərtdə konstruktivizm görmürlər

Martın 14-də danışıqlar prosesinin Azərbaycan tərəfi sonradan baş nazir Nikol Paşinyanın təqdir etdiyi beş bəndlik təkliflər paketini (həmçinin prinsiplər adlanır) Yerevana təqdim edib. Daha sonra Paşinyan Brüssel və Moskvaya gedib, aprelin 19-da prezident Putinlə görüşüb. Aprelin 25-də isə Ermənistanda Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəndin olduğu müqavilənin imzalanmasının gözlənilməsindən narazı olanların etiraz aksiyaları başlayıb. Mayın 5-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan altı bənddə öz şərtlərini açıqlayıb: beşi Azərbaycanın prinsipidir, altıncını isə Yerevan erməni əhalisi olan Qarabağın statusunun müzakirəsilə bağlı əlavə edib. Azərbaycan cəmiyyətində ermənilərin öz sələflərinin əməllərini təkrarlayaraq danışıqları pozmaq niyyəti barədə danışmağa başlayıblar. Lakin mayın 6-da RF XİN bəyanat yayaraq 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı yerinə yetirməyi Ermənistan rəhbərliyinin üzərinə öhdəlik kimi qoyub.

Azərbaycanın üç görkəmli eksperti Bakı, Yerevan və Moskva arasında baş verənləri müzakirə edərək öz fikirlərini Meta-da yerləşdiriblər.

Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov izah edir: Əgər Bakı Qarabağ ermənilərinin təhlükəsizliyinə təminatla bağlı danışıqlara başlayarsa, erməni Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır: “status” mövzusuna təhlükəsizliyi təmin edən mexanizm kimi baxılır. Azərbaycanın 5 baza prinsipi + ermənilərin 1 prinsipi. Bu olmadan erməni tərəfi gündəlikdəki hər hansı mövzu üzrə danışıqları davam etdirməkdə məna görmür.

- Maraqlıdır ki, nə Brüssel, nə də Moskva öz bəyanatlarında Ermənistanın irəli sürdüyü altıncı prinsipin adını çəkmirlər. Yəni, Brüssel danışıqları zamanı bu məqama ya toxunulmayıb, ya da yan keçiblər, belə ki, Şarl Mişelin bəyanatında “status” mövzusuna işarə, ümumiyyətlə, Qarabağ haqda xatırlatma yoxdur! Yəni, bu bənd altıncı baza prinsip kimi qeydə alınmayıb.

- deməli, Ermənistanın bu məsələdə israrlı olması Brüsseldən sonra yox, Paşinyanın Moskva səfərindən sonra baş verib. Lavrov Mirzoyanla görüşündə “status” və təhlükəsizliyə zəmanət mövzusunu qaldırmaq üçün nəzəri imkanın olduğu ATƏT-in Minsk Qrupu institutundan imtina etməklə “Qərb Ermənistanın maraqlarını qurban verir” deyərkən məhz bunu nəzərdə tuturdu.

Beləliklə, Ermənistanın ilkin şərtlərini daxili dinamika və Rusiyanın tələbi (belə ki, Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət Rusiya sülhməramlı kontingentinin mandatı və onların Azərbaycan ərazisində qalma müddətilə bağlıdır) diqtə edir.

Bakının seçim etmək vaxtıdır:

- ya danışıqlara getmək və Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət məsələsini baza prinsiplərinə daxil etmək. “Status” mövzusunu Azərbaycan Konstitusiyasına uyğun olaraq özünüidarə mexanizmləri toplusuna çevirmək, bütün məsələləri siyasi yolla həll etmək öhdəliyi götürmək, qarşılığında isə silahlı erməni formalaşmalarının qalıqlarının çıxarılmasını təmin etmək;

- ya da sınaqdan çıxmış təzyiq və basqı metodu ilə hərəkət etmək, Ermənistanı və Paşinyan hökumətini bizim gündəliyimizi bütünlüklə və ilkin şərt olmadan qəbul edəcək səviyəyə qədər zəiflətmək. Bunda bizim üçün müsbət hal odur ki, həm RF, həm də Aİ Yerevanın mövqeyinin dəyişkənliyindən xəbərdardır. Ermənistandakı xaos Qarabağda qalan erməni silahlı formalaşmalarının darmadağın edilməsi və birtərəfli qaydada sərhədin müəyyən edilməsinin davam etdirilməsi üzrə kardinal qərarların qəbuluna səbəb ola bilər, - F.Məmmədov belə nəticəyə gəlib.

@mneniyefm

https://t.me/bagramyan26/37833

Diplomat Tofiq Zülfüqarov hesab edir ki, prinsiplər və bəndlərin razılaşdırılması prosesi qeyri-müəyyən müddətə davam edə bilər....

“Erməni tərəfinin məntiqinə görə, əsas müzakirə mövzusu sülhməramlı qüvvələrin məsuliyyət zonasında olan erməni əhalinin təhlükəsizliyinin təminatı olmalıdır. Hesab edirəm ki, onlar həm hərbi, həm də siyasi təminat (status), ola bilsin ki, beynəlxalq təminat tələb edəcəklər”.

Ermənistan qalib ölkə olan Azərbaycanın qoyduğu şərtləri yerinə yetirməyincə onunla sülh danışıqları aparmaq lazım deyil. Azərbaycan Ermənistanı aşağıdakı tədbirləri yerinə yetirməyə məcbur etməlidir:

- Ermənistan vətəndaşları olan bütün hərbi qulluqçular müəyyən olunmalı, tərksilah edilməli və sülhməramlıların məsuliyyət zonasından çıxarılmalıdır;

- bütün qanunsuz silahlı formalaşmalar tərksilah edilməli və ləğv olunmalıdır;

- Yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün monitorinq missiyası və Azərbaycan DİN nümayəndələrinin nəticələrə birgə nəzarət etməsi şərtilə sülhməramlıların komandanlığına 1 ay vaxt verilməlidir;

- RF FTX qoşunları tərəfindən Zəngəzur dəhlizi zonası 15 gündən çox olmayan müddətdə nəzarətə götürülməlidir;

- Bu şərt yerinə yetirilmədikdə Laçın dəhlizi Azərbaycanın müvafiq dövlət strukturları tərəfindən tam nəzarətə götürülməlidir.

Bundan sonra tələsmədən sülh sazişi üzrə danışıqlara başlamaq olar“, - T.Zülfüqarov fikrini yekunlaşdırıb.

https://www.facebook.com/tofig.zulfugarov

Politoloq İlqar Vəlizadə hesab edir ki, Qriqoryanın “Dağlıq Qarabağın statusu” barədə səsləndirdiyi tezislər Azərbaycan üçün qətiyyən qəbuledilməzdir və Bakının açıq şəkildə Zəngəzurun statusu məsələsini qaldırması ilə nəticələ bilər. edən Prezident İlham Əliyev Şuşada çıxış edərkən işarə etdi ki, Azərbaycan tərəfi erməni tərəfinə qarşılıqlı tələblər irəli sürmək hüququnu özündə saxlayır ki, bu da ilk növbədə, Ermənistanın özü üçün çox ciddi nəticələrə səbəb ola bilər.

Təəssüf ki, sərhədin delimitasiyası və demarkasiyası üzrə qarşılıqlı məqbul yanaşmalar tapılmayıb.

“Hazırda bu məsələ ətrafında müzakirələr gedir. Ümid edirdik ki, aprelin sonuna kimi həll yollarını tapmaq və irəli getmək mümkün olacaq, lakin qeyd edə bilərəm ki, hazırda yanaşmalar üzrə intensiv müzakirələr davam edir”, - Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri bildirib.

Bundan əlavə, o qeyd edib ki, Ermənistanla Azərbaycan arasında anklavlar (dəqiq desək, eksklavlar) probleminin həlli üzrə tezisin reallaşdırılması çətin ki mümkün olsun.

“Mümkün həll variantı belədir: Ermənistanın anklavları Azərbaycanda, Ermənistan ərazisində yerləşən Azərbaycan anklavları isə Ermənistanda qalır”, - Qriqoryan deyib və əlavə edib ki, indiyədək anklavlar məsələsi qaldırılmayıb.

"Hər iki tərəfdən anklavlar var: Azərbaycan ərazisində Arsvaşen anklavı (Başkənd- azərb.) var. Ermənistan ərazisində də anklavlar var və onların əraziləri demək olar ki, bərabərdir", - o bildirib.

Lakin erməni tərəfi bir mühüm bir məqamı gözdən qaçırır. Məsələ bundadır ki, indiki Ermənistan ərazisindəki Azərbaycan eksklavları ölkənin və regionun xəritəsində strateji mövqe tutur. Belə ki, Kərki kəndi Ermənistan-İran trassı hüdudlarında və yüksıklikdə yerləşir, Ermənistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədinin bütün qərb hissəsinə vizual nəzarəti təmin edir.

Yuxarı Əskipara və Bərxudarlı eksklavları Ermənistanın cənub-şərqini Gürcüstanla birləşdirən kommunikasiyalara nəzarəti təmin edir, həmçinin Gürcüstan istiqamətində Azərbaycanın strateji boru kəməri və elektrokommunikasiyası ətrafında əlavə təhlükəsizlik kəmərinin yaradılmasına imkan verir.

Azərbaycan ərazisindəki Başkənd anklavına gəlincə, o, hər tərəfdən Azərbaycanın nəzarətində olan yüksəkliklərlə əhatə olunub və strateji baxımdan xüsusi maraq kəsb etmir, çünki əsas yaşayış məntəqələrindən uzaq, çətin keçilən dağlıq ərazidə yerləşir. Odur ki, erməni tərəfinin təklifləri gəldiyi həmin meşə cığırı ilə də cəsarətlə gedə bilər.

Sülh müqaviləsinin hazırlanması və delimitasiya prosesinin uğursuzluq ərəfəsində olub-olmadığını söyləmək hələ tezdir, lakin göründüyü kimi, regional vəziyyətin gərginləşməsilə bu prosesin uzanması riski var, İlqar Vəlizadə Meta-da yazıb.

https://www.facebook.com/ilgar.velizade

Bakının Yerevanla danışıqlar üçün təklif etdiyi beş prinsip:

— bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

— dövlətlərin bir-birinə ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialar irəli sürmək üçün hüquqi öhdəliyinin qarşılıqlı təsdiqi;

— dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiqindən və güc tətbiqilə bağlı təhdiddən, habelə BMT Nizamnaməsinin məqsədlərilə bir araya sığmayan digər hallardan çəkinmək;

— dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

— nəqliyyat kommunikasiyalarının açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Turan.az