“Vaşinqton Post”: Rusiya Ukraynadakı Türkiyə dronları ilə bağlı təşviş keçirməkdə davam edir

“Vaşinqton Post”: Rusiya Ukraynadakı Türkiyə dronları ilə bağlı təşviş keçirməkdə davam edir

18 Yanvar 2022 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna və Rusiya arasında gərginlik davam etdiyi vaxt Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçan aparatları (PUA) ABŞ mediasında manşet olub.

Oxuməni.az xəbər verir ki, Amerika nəşrləri Ukraynanın Türkiyədən aldığı “Bayraktar”lardan istifadə edərək Donbasda Rusiya sistemlərini hədəfə aldığını yazıb.

“Vaşinqton Post” türk dronlarının Cənubi Qafqazdan sonra Ukraynada da balansı dəyişdiyini iddia edib.

Amerika nəşri Azərbaycan ordusunun türk dronlarından peşəkarlıqla istifadə edərək, Qarabağda hərbi balansı öz lehinə dəyişməsinə də diqqət çəkib.

“Bu, Rusiya üçün Ukraynanın regionda hərbi balansı potensial olaraq öz lehinə dəyişdirmək üçün öz arsenalını artırdığına daha bir işarədir”, - "Vaşinqton Post" qeyd edib.

Məqalədə Kiyevin Türkiyədən aldığı PUA-ların Rusiyanı təşvişə saldığı vurğulanıb: “Artıq Ankara və Kiyev Ukraynada türk PUA-larının istehsal müəssisəsini qurmaq üçün də razılaşıb”.

“Vaşinqton Post” əlavə edib:

“Bu dronlar ölkələrə ənənəvi hava qüvvələrini saxlamaq qiymətindən xeyli aşağı qiymətə gizli hava qüvvəsi saxlamağı təklif edir. Onlar Liviya və Suriyadakı münaqişələrdə nəzərəçarpacaq şəkildə özlərini göstərdilər. Bəlkə də, Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı TB2-lərdən istifadə etməsi Ukraynanı ruhlandırıb”