Barak Obama haqqında şok iddialar

Barak Obama haqqında şok iddialar

4 Aprel 2011 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ da keçiriləcək prezident seçkilərinə namizədliyini verəcək məşhur milyarder Donald Trump seçki kampaniyasına başlayıb. O, şok iddialar irəli sürüb və Barak Obamanın doğum sənədlərinin olmadığını söyləyib.

Daha sonra onun amerikalı olmadığını və Amerikada doğulmadığını bildirib.

Barak Obama bu il də prezidentlik marafonuna qoşulacağını deyib. O, 2008-ci ildə keçirilən seçkilərdə 52.9% səs toplamışdı. 2012 ci il seçkilərində isə onun tərəfdarlarının sayı 42 ilə 49 faiz arasında hesablanır.

2012-ci il seckilərində təbliğat kampaniyasına Obama 750 miliyon dollardan 1 miliyard dollara qədər vəsait toplayacağını bildirib.