Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər

Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər

5 Dekabr 2021 21:52
75
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Türkiyənin “Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır.

Oxuməni.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.

İsmayıl Demir qeyd edib ki, TCG Anadolu” (amfibiya hücum gəmisinin-red) 2022-ci ildə istifadəyə verilməsinə çalışılır. Sədr gəmiyə İHA/SİHA-nın (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) yerləşdirilməsi ilə bağlı layihə davam etdiyini bildirib.

"Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”, - deyə İsmayıl Demir əlavə edib.