“Təkbətək görüşdə Əliyev Paşinyanı başa salacaq”

“Təkbətək görüşdə Əliyev Paşinyanı başa salacaq”

3 Dekabr 2021 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

“Paşinyan Dağlıq Qarabağ mövzusu ilə əl qolunu bağlamaq istəmir. O bu məsələnin müzakirəsini istəmir, ancaq erməni revanşistlərin ağızlarını yummaq üçün istəmədiyi bəyanatları verir, Azərbaycan kimi filin yanında milçək olan Arutyunyanla görüşür, heç bir mənası olmayan söhbətlər aparır, onun ağzına bir az da pul atır, vəssalam”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Prezident Əliyevin Brüsseldə Paşinyanla görüşünün çox böyük əhəmiyyəti olmalıdır:

“Birincisi, Paşinyan Qarabağda bir sm də erməni torpağı olmadığını elan etməlidir.

İkincisi, bu gün Xan kəndində yaşayanların Azərbaycan vətəndaşları olduğunu və Azərbaycan qanunları ilə yaşamalı olduqlarını təsdiqləməlidir.

Üçüncüsü, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazilərinin bütövlüyünü qəbul etməsin, Ermənistan baş naziri bunu qəbul etdiyini bəyan etməlidir”.

R.Quliyevin fikrincə Avropa İttifaqının rəhbərliyiı regionda əmin-amanlığın Ermənistanın atacağı addımların yuxarıda sadaladığı müddəalardan keçdiyini qəbul etməli və Paşinyanı bu addımları atmağa sövq etməlidirlər:

“Paşinyanın Azərbaycan və Türkiyə ilə sərhədlərini açıb ticarətə başlaması ölkəyə azı 5 milyard dollar qazanc gətirə bilər və onun müstəqilliyinə heç bir xələl gətirməz.

Rusiyadan ildə 1 milyard dollara qədər pul qoparıb boynu bükülü gəzməkdənsə, bu variant yaxşıdır. Ermənistan nəhayət, real müstəqil ola bilər.

Prezident Əliyev təkbətək görüşdə əminəm ki, Paşinyanı başa salacaq. Paşinyan özü də müstəqil siyasət aparmaq istəyir. Əminəm ki, bu görüşün çox böyük əhəmiyyəti olmalıdır”.