Ermənistanda yaşamış türklərə status verilməsi və 300 min insanın... - Professor

Ermənistanda yaşamış türklərə status verilməsi və 300 min insanın... - Professor

2 Dekabr 2021 23:29
173
Bəyəndim (0) Bəyənmədim (0)

“İndiki Ermənistan ərazisində azərbaycanlılara muxtariyyət tələbini qaldırmaq mümkündür. Çünki əzəldən Qərbi Azərbaycanda 300 mindən çox azərbaycanlı yaşayırdı. Bunların hamısı qovuldu. Başqa sözlə, status məsələsi indi gündəmdə yoxdur. Amma ehtyac olarsa biz də Ermənistanda yaşamış azərbaycan türklərinə statusun verilməsini və 300 min insanın geriyə qaytarılmasını tələb edə bilərik. Hesab edirəm ki, bu mərhələdə Zəngəzur yolunun bizə verilməsi böyük hadisə olar”.

Oxuməni.az xəbər verir ki, bunu türkoloq alim Firudin Cəlilov deyib.

O əlavə edib ki, 44 günlük müharibədən bu yana Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin birlikdə üç bəyanatı olub:

“Bu bəyanatların hər birində kommunikasiya xətlərinin açılmasına vurğu edilib. Zəngəzur dəhlizi də bu prosesin ana xəttini təşkil edir. Ehtimal edirəm ki, növbəti addım da sülh müqaviləsi olmalıdır. Burada delimitasiya, Qarabağ və kalidor məsələləri öz həllini tapacaq. Konkret sənəd olmalıdır ki, bu işlər irəliləsin”.

Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olub-olmadığına gəldikdə professor deyib ki, bu məsələdə iki mövqe var:

“Bir qrup erməni artıq anlayır ki, Azərbaycanla düşmənçilik etmək onların yox olması deməkdir. Onlar sülh sazişinə razıdır. Amma Daşnaksütun başda olmaqla bir qrupun ovqatı Azərbaycanla müharibəni davam etdirməkdir. Xaricdəki erməni diaspora qurumlarında da belə ovqat mövcuddur. Onlar nəinki Qarabağı, hətta Karsı belə istəyir. Qısaca, biz xəstə bir millətlə üz-üzəyik”.