Gizli saxlanılan anlaşma: Şuşa ətrafındakı erməni bayraqları niyə yığışdırılır?

Gizli saxlanılan anlaşma: Şuşa ətrafındakı erməni bayraqları niyə yığışdırılır?

2 Dekabr 2021 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

“Soçi görüşündə sözsüz ki, müəyyən razılaşmalar əldə olundu. Bununla bağlı tərəflərin imzaladığı bəyanat nə Azərbaycanda, nə də Ermənistanda birmənalı qarşılandı. Bəyanatda Dağlıq Qarabağ münaqişəsindən bəhs olunmaması, kommunikasiyaların açılmasının vacibliyinin vurğulanması hər iki tərəfdə müzakirə mövzusu olub”.

Oxuməni..az xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

Jurnalist Azərbaycanın sabiq xarici işlər nazirinin məsələ ilə bağlı açıqlamasına da diqqət çəkib:

“Soçi görüşündən sonra yaranmış situasiyaya münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov maraqlı bir açıqlama ilə çıxış etdi. O, öz Feysbuk səhifəsində əsas razılaşmanın gizli saxlandığına eyham vurdu.

Sitat: “Ən maraqlısı Soçidə nəsə razılaşdırılıb, amma bizə deyilməyəndi”.

Tofiq Zülfüqarovun təcrübəsi və məsələnin mahiyyətinə vaqif olduğunu nəzərə alaraq, Soçidə əldə olunmuş razılaşmanın detallarını görüşdən sonra baş verənlərdə axtarmaq daha düz olardı.

Bu xüsusda diqqətçəkən iki məqam var.

Birincisi, Qarabağda “ermənilərin qanunverici orqanı”nda təmsil olunanlardan biri Metaks Akopyan erməni mediasına açıqlamasında bildirdi ki, Şuşa ətrafındakı erməni mövqelərində olan erməni bayraqları endirilib. Metaks Akopyan yada salır ki, bir ay əvvəl həmin mövqelərdə olub və bayraqlar var imiş, indi isə yoxdur.

İkincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin xarici siyasət prioritetlərindən danışarkən Azərbaycan və Ermənistan arasında münasibətləri Dağlıq Qarabağda yaranmış situasiyadan ayrı dəyərləndirib. O bildirib ki, Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almaqda və Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin həllində səylərimizi əsirgəmirik”.

Asəf Quliyev qeyd edib ki, ilk baxışda bu iki bəyanat arasında əlaqə görünməyə də bilər, amma Ermənistanda istər siyasi fiqurların, istərsə də ekspertlərin yozumlarını da nəzərə alsaq məsələ aydınlaşmış olur:

“Bir çox erməni ekspert hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi Ermənistanın Qarabağ məsələsində rolunu minimuma endirəcək. Müxalif siyasətçilərin qənaətinə görə isə, sərhədlərin müəyyənləşdirilməsindən sonra Ermənistan Qarabağdan əlini üzməli olacaq.

Sözsüz ki, bu deyilənlərdə həqəqət payı var və çox güman ki, rəsmi İrəvan da bunun fərqindədir. Məhz buna görə də zamanı uzatmaqda maraqlıdır. Çünki belə bir riskli addım hakimiyyətin taleyini həll edə bilər. Nəzərə alsaq ki, revanşist adalandırılan qüvvələr məqam gözləyir.

Şuşa ətrafında erməni bayraqlarının yığışdırılması Paşinyanın bir zamanlar söylədiyi “mikro-inqilablar”ı xatırladan bir addımdır. Bəs Lavrovun Dağlıq Qarabağı Azərbaycanla Ermənistan arasında yaranmış situasiyadan kənarda tutmasının kökündə nə dayanır? Bu sual ətrafında ciddi düşünməyə ehtiyac var”.