“Azərbaycan istəyinə çatdı” - Soçi görüşünün şərhi

“Azərbaycan istəyinə çatdı” - Soçi görüşünün şərhi

27 Noyabr 2021 11:00
80
Bəyəndim (0) Bəyənmədim (0)

"Mətbuata açıqlanan mövqelərdən, imzalanan və səsləndirilən bəyanatlardan aydın olur ki, Azərbaycan bu mərhələ üçün də istəyinə çatıb".

Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü Soçi görüşünün nəticələri barədə deyib.

O, həmçinin Azərbaycan tərəfinin nail olduğu üstünlüklərə də toxunub: "Hər şeydən əvvəl, ona nail olunub ki, bu dəfə konkret vaxt müəyyənləşdirməklə, Paşinyanın prosesi müxtəlif bəhanələrlə növbəti dəfə sürümək və uzatmaq cəhdinin qarşısı alınıb.

Tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini bildirən Rusiya prezidenti Putin mətbuat konfransında elan edib ki, bu ilin sonunadək xüsusən də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəliblər.

Eyni zamanda o, məsələ üzərində işləyən baş nazirlərin müavinlərinin gələn həftə toplaşacaqlarını, müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdıqları, qəbul etdikləri qərarları elan etmək üçün Moskvada toplaşacaqlarını açıqlayıb".

E.Şükürlünün fikrincə, ikinci mühüm bəyanat isə “Biz bu görüşdə gündəlikdə olan bütün məsələləri açıq müzakirə etdik” deyən və növbəti dəfə əvvəlki razılaşmalara əməl etmək öhdəliyi götürən Paşinyanın dilindən səsləndirilib:

" O, mətbuat konfransındakı çıxışını belə yekunlaşdırıb: “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”...

Beləliklə, sülh danışıqlarına Qərbin də cəlb ediləcəyi 15 dekabra - Brüsselə planlaşdırılan görüşədək, razılaşdırılmış qərarların nədən ibarət olunduğunun açıqlanacağı daha bir görüş də Moskvada keçiriləcək".