Separatçılara, terrorçulara dəstək: Fransanın mövqeyi belədir

Separatçılara, terrorçulara dəstək: Fransanın mövqeyi belədir

25 Noyabr 11:49
80
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın 30 ilə yaxın ərazilərinin işğalda qalmasına beynəlxalq birlik sadəcə seyirci münasibət sərgiləyib. Münaqişənin tənzimlənməsində birbaşa məsuliyyətli olan dövlətlər belə bu 10 illiklərdə bir dəfə də olsun ədalətli mövqe sərgiləməyib. Minsk qrupunun əsas işi prosesi daha da uzatmaq olub. Məqsəd Ermənistanın işğalçılq siyasətinə əsas yaratmaqdan ibarət olub. Bu mənada ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın müharibə və ondan sonrakı dövr üçün sərgilədiyi mövqeyi beynəlxalq prinsiplərə tamamilə ziddir.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamovteleqraf.com-a açıqlamasında deyib.

O qeyd edib ki, Vətən müharibəsi zamanı və sonrakı dövrdə Fransa açıq birtərəfli mövqe nümayiş etdirməklə Ermənistanın yanında olduğunu göstərib:

“Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana təzyiq göstərmək cəhdi sözsüz ki, baş tutmadı. Həmçinin 2020-ci ilin noyabrında Fransa senatında “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” ilə bağlı layihənin müzakirəyə çıxarılması arzuolunan hal deyildi. Məhz müharibə dövründə Fransanın əsassız yanaşmaları fonunda bu ölkə ilə Azərbaycan arasında münasibətlərdə soyuqluq yarandı”.

Millət vəkili hesab edir ki, son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlərin də ömrü çox çəkmədi:

“Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya “səfəri”, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd bir haldır. Hələ 2019-cu ildə qondarma “DQR”lə Fransanın bəzi əyalətləri arasında imzalanmış “sənədlər” Fransa məhkəmələri tərəfindən ləğv edilib. Amma bütün bunların fonunda əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə və müxtəlif ərazi vahidlərinin, dövlət strukturlarının rəhbərləri, senatorlarla görüşünə şərait yaradılırsa, deməli, ortada rəsmi Parisin konkret mövqeyi var. Bu qanunazid hallara görə məsuliyyət də məhz Fransa rəhbərliyinin üzərində düşür”.

Azər Badamova görə, Paris digər ölkənin ərazisində qanunsuz şəkildə dövlət qurmaq istəyən separatçıları və terrorçulara niyə dəstək olduğunu hələ də açıqlaya bilmir:

“Bütün dünya bilir ki, Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən Fransa rəsmiləri, senatorları öz ölkələrində mövcud olan bu eybəcərliklər barədə susurlar”.