Ermənistan kapitulyasiya aktını sabotaj edir – ABŞ “status”u arxivə göndərir?

Ermənistan kapitulyasiya aktını sabotaj edir – ABŞ “status”u arxivə göndərir?

10 Noyabr 2021 06:33
172
Bəyəndim (0) Bəyənmədim (0)

“Miatsum” sərsəmləməsinin, “status” xülyasının, “artsax” mifinin “qırxı”da, “ili” də çıxdı. Lakin müharibədın sonrakı bir ilin tamamı Ermənistan hərbi-siyasi rəhbərliyinin regional sülhə qarşı misli görünməmiş, heyrətamiz təxribatları ilə yadda qaldı.

Başlayaq baş nazir Nikol Paşinyandan. Yerli İTV-yə dünənki müsahibəsində o, Azərbaycanla hələ də sülh müqaviləsinin imzalanmamasına görə az qala, rəsmi Bakını suçladı və yenə “artsax” üçün “öz müqəddəratı təyinetmə” haqqından dəm vurdu. Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında yeni üçtərəfli görüşü də sabotaj və mümkünsüz edəın o oldu - Paşinyan. Bununla da İrəvan böyük sülhün tərəfdarı olmadığını ortaya qoydu. Sülhün alternativi isə müharibədir. Ermənistan üçün 44 günlük müharibədən qat-qat dağıdıcı olacaq müharibə!
Bu azmış kimi, Ermənistan müdafiə naziri Arşak Karapetyan nümayişkaranə şəkildə Xankəndinə gedib oradakı qanunsuz erməni silahlı quldur dəstələri ilə görüşməklə, “fərqlənən (?! – red.) erməni hərbçilərini təltif eləməklə” əməlli-başlı əsəblərimizlə oynadı. Bizə meydan oxudu. Əlbəttə ki, dərhal Azərbaycan Müdafiə Nazirliyinin sərt xəbərdarlığını aldı. İndi hünəri var, bir də o yerlərə Bakının izni olmadan ayaq bassın!

Ermənistan prezidenti Aram Sərkisyan da bu arada öz “payına” düşən təxribatlardan, sülhü şantaj edən pozucu davranışından qalmayıb.

“Ermənistanın dünyada hamı ilə yaxşı münasibətləri olmalıdır. Azərbaycanla problemlərin həlli bizim üçün arzuedilən olardı - baxmayaraq ki, bu, çətin məsələdir. Türkiyə ilə də yaxşı münasibətlərin olması pis olmazdı, hansına nail olmaq ki, daha çətindir”.

Bunu Armen Sərkisyan Rusiyanın “Arqumenti i faktı” nəşrinə müsahibəsində söyləyib.

Sarkisyanın Bakıya gəlməsi xəbəri kimin maraqlarına xidmət edir? - Oyun  davam edir | KONKRET

Amma görün ardınca nə çərənləyir, hansı xam xəyalla yaşayır. Sitat: “Biz bir neçə yüz il Osmanlı İmperiyasında, sonra isə Rusiya imperiyasında yaşadıq. Nəticə: Rusiya imperiyasının tərkibindəki Ermənistan respublikası indi müstəqil Ermənistandır. Bəs Osmanlı İmperiyasında olan Qərbi Ermənistan haradadır? Orada yaşayan ermənilər haradadır? Bu gün Rusiyada Ermənistanın özündə olduğu qədər erməni var. Türkiyədə isə onların sayı daha çox idi...”

***

İndi əgər bunların rəhbərlərinin - ən ağılılarının da başı gedibsə, sıravi ermənidən nə gözləyəcən? Bu dəqiqə Ermənistan adlı saxta dövlətin özü can üstədir, bircə “Fatihəsi”ni oxumaq qalır, onun prezidenti isə Azərbaycan o yana, qosqoca Türkiyə dövlətinə, qlobal supergücə ərazi iddiası irəli sürür. Nəzərə alanda ki, Ermənistanın indiki konstitusiyasında qardaş ölkəyə torpaq iddiaları əks olunub, əslində, təəccüblənməyə dəymir. Necə deyərlər, “ac toyuq yuxusunda darı görər”.

Yeni səfir kim olacaq? – Türkiyənin Azərbaycan SÜRPRİZİ - Guninfo.az

Ən absurdu odur ki, özlərini hamıdan ağıllı sayan savadlı sayan bu sarsaq erməni yetkililəri Azərbaycana, Türkiyəyə qarşı həyasızcasına ərazi iddialarını irəli sürməyə davam eləməklə, bu iddiaları gündəmdə, konstitusiyalarında saxlamaqla yanaşı, həm də Bakı və Ankara ilə heç nə olmayıbmış kimi normal münasibətlər qurmaq istəyirlər. Bunu mümkün sayırlar. “Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına hazırıq” deyirlər. Halbuki Türkiyə və Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, İrəvan rəsmən ərazi iddialarından vaz keçməyincə Ermənistanla tam həcmdə münasibətlər qurulmayacaq. Bunu ən əvvəl elementar məntiq deyir: normal münasibətlər bir-birinin ərzi bütövlüyünü, suverenliyini tanıyan ölkələr arasında olur.

Demək, kapitulyant ölkə daha dərin iqtisadi-siyasi böhrana doğru yolunu davam etdirəcək. Ancaq Zəngəzur dəhlizi bütün hallarda açılacaq. Ona görə ki, Ermənistan rəhbərinin də imzası duran 10 noyabr kapitulyasiya aktı bunu tələb edir. Söz düşmüşkən, sənəddə keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı bir kəlmə yoxdur.

Deməli, bu məsələ tarixdə qaldı. Çünki İrəvan Paşinyanın imzası ilə rəsmən ondan imtina edib. Bunun üstündən indi N.Paşinyanın, eləcə də digər erməni rəsmilərinin bir ildir “status”, “öz müqəddəratı təyinetmə” deyib durması gerçəkdən də sırtıqlığın, siyasi riyakarlığın zirvəsidir...

Paradoks da ondadır ki, Nikol Paşinyan kapitulyasiya aktına müharibə edən tərəfin - Ermənistanın baş naziri olaraq imza atdığı üçün münaqişə tərəfinin və ya məğlub tərəfin də hansısa mifik “dqr” yox, məhz Ermənistan olduğunu öz imzası ilə rəsmən təsdiqləyib. Belə olan surətdə İrəvanın nə haqıq var ki, daxili məsələmiz olan Qarabağ mövzusunda bizə hansısa tələb irəli sürsün, bu məsələyə qarışsın?..

Diqqətçəkidir ki, yavaş-yavaş ermənipərəst çevrələr və paytaxtlar da artıq Azərbaycanın yaratdığı yeni status-kvo ilə barışmağa, 10 noyabr sənədini tərəflər arasında yeganə legitim beynəlxalq hüquqi sənəd kimi qəbul eləməyə başlayıblar.

Məsələn, ABŞ Dövlət Departamentinin kapitulyasiya aktının birinci ildönümü ilə bağlı yaydığı bəyanatda həmin sənədin legitimliyi hər hansı şübhəyə məruz qoyulmayıb, “Dağlıq Qarabağ”, “status” ifadələri işlədilməyib. Yalnız bircə dəfə, o da müharibə kontekstində Qarabağ sözündən istifadə olunub və ardınca ümumi şəkildə “tərəflər yerdə qalan məsələləri də həll eləməyə” çağırılıb. Yəni söhbət quru çağırışdan gedir, hansısa tələbdən yox.

“ABŞ Dövlət Departamenti ötən il Qarabağda vəziyyətin gərginləşməsi nəticəsində həlak olanların və onların ailələrinə başsağlığı verib, əsirlərin tam dəyişdirilməsinin, itkin düşənlərin qeydiyyatının, məcburi köçkünlərin öz evlərinə qaytarılmasının, habelə münaqişədən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsi və ehtiyacı olanlara humanitar yardımın təmin edilməsinin vacibliyini qeyd edib. Birləşmiş Ştatlar region üçün təhlükəsiz, sabit, firavan gələcəyin təmin edilməsinə sadiqdir”.
Sitat Dövlət Departamentinin bugünkü bəyanatındandır. Razılaşaq ki, belə bir yanaşma “Dağlıq Qarabağ konflikti bitməyib, çünki status məsələsi öz həllini tapmayıb” deyən ABŞ-ın Ermənistandakı səfiri Linn Tresinin məlum destruktiv mövqeyindən əhəmiyyətli dərəcədə fərqlənir. Təbii ki, Azərbaycanın xeyrinə.

Ümid edək ki, Vaşinqton bölgədəki yeni reallığını qəbul edilməsi yönündə daha da qabağa gedərək, radikal-revanşist erməni çevrələrinin və erməni lobbisinin barıt qoxulu ümidlərini tamamən heçə endirəcək. ABŞ da daxil olmaqla, Qərbdə bu yöndə rasional dərkin güclənəcəyi və yeganə düzgün yolun tapılacağını gözləmək olar. Əsas da o səbəbə ki, bölgənin açar dövləti kimi Azərbaycanla, onun əsas müttəfiqi Türkiyə ilə işləməkdən savayı Qərbin ayrı yolu qalmayıb. Olmayacaq...Musavat.com