“Qarabağda erməni silahlıları tam məhv olacaqdı, noyabrın 13-nə kimi...”

“Qarabağda erməni silahlıları tam məhv olacaqdı, noyabrın 13-nə kimi...”

9 Noyabr 2021 10:25
117
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 8-də Şuşa azad edilən gün Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadığın edilmək ərəfəsində idi.

Oxuməni.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, siyasi icmalçı Oleq Kuznetsov söyləyib.

Onun sözlərinə görə, həmin gün erməni silahlı birləşmələrinin ağır vəziyyətə düşməsi üçün ilk gün sayılmamalıdır:

"Lakin İrəvan cəbhədəki vəziyyətə dair adekvat informamisyaya malik deyildi, ya da ona qulaq asmırdı. Məlumdur ki, baş nazir Nikol Paşinyan Ermənistan parlamentində noyabrbəyanatının imzalanmasının səbəblərindən danışarkən bildirmişdi ki, bütün Qarabağda ermənilərin ehtiyatda cəmi iki 122 millimetrlik silahlarla silahlanmış batareyası qalmışdı. Hansı ki, onlar Azərbaycan ordusunun irəliləyişini dayandıra bilməzdi".

Ekspertin sözlərinə görə, 8 noyabra kimi sayları 12-16 min olan erməni hərbi birləşmələri Ağdamda tamamilə mühasirəyə düşmüşdü. Laçın və Qırmızı Bazar istiqamətindəki hərbi birləşmələr isə yarımmühasirə vəziyyətində idilər. Ümumilikdə 20 min erməni əsgər və zabit fiziki cəhətdən məhv edilmək təhlükəsi ilə üz-üzə qalmışdı:

"Ordusunun balansında olan silah-sursatla Azərbaycana cəmi 2-3 gün bəs idi ki, İrəvanın hazırda etiraf etdiyi 4 min nəfərlik itkilərinin sayını 20 minə qaldırsın. Bu Ermənistan üçün tək hərbi-siyasi, hərbi-texniki məğlubiyyət yox, həm də ümummilli faciə olacaqdı".

Kuznetsovun sözlərinə görə, vəziyyət elə bir hal almışdı ki, noyabrın 13-ə qədər artıq Qarabağ ərazisindəki erməni silahlı birləşmələrindən prinsipcə əsər-əlamət qalmayacaqdı. Bu səbəbdən noyabrın 9-da üçtərəfli bəyanat imzalandı. Ekspert bildirib ki, Ermənistan Azərbaycanın hərbi gücünü qiymətləndirməməklə böyük səhvə yol verdi.