MKİ rəhbərinin Moskva səfərinin pərdəarxası - əzəli düşmənlər barışırmı...

MKİ rəhbərinin Moskva səfərinin pərdəarxası - əzəli düşmənlər barışırmı...

4 Noyabr 2021 15:37
115
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Rusiya paytaxtına iki günlük səfərə gəlib. Bu barədə TASS Amerikanın Moskvadakı səfirliyinə istinadən xəbər verir.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns prezident adından ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edir. Noyabrın 2 və 3-də Moskvaya səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etmək üçün Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək”, - diplomatik nümayəndəlikdən bildirilib: “Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns prezident adından ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edir. Noyabrın 2 və 3-də Moskvaya səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etmək üçün Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək”.

Vaxtilə Rusiyada səfir olan Uilyam Bernsin Moskva səfərinin məqsədi nə ola bilər?

Elşən Mustafayev: “Yeni siyasətin formalaşdırılması planlaşdırılır”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bu səfəri önəmli bir hadisə hesab edir: “Hazırkı durumda ABŞ-ın siyasi, iqtisadi dairələrində təmsil olunan, yüksək rütbəli məmurların da daxil olduğu nümayəndə heyətinin Rusiyaya səfərini və nümayəndə heyətinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun rəhbərlik etməsini hadisə kimi qəbul etmək olar. ABŞ-Rusiya münasibətlərinin son 4-5 ildə daha da kəskinləşdiyini nəzərə alsaq, bu səfərin iki ölkə arasında yeni dönəm üçün fəaliyyət istiqamətlərinin müzakirəsi üçün vacib olduğunu düşünürəm. Tətbiq olunmuş sanksiya əlavə olaraq məhz son 5 ildə bu ölkələr arasında diplomatik böhranlar, qalmaqallar yaşatmışdı. Nəticədə ABŞ Rusiyanın öz ərazisindəki diplomatik korpusun sayını dəfələrlə aşağı salmış, çoxlu sayda diplomatları arzuolunmaz şəxs elan edərək ölkədən çıxartmış, böyük şəhərlərdə mövcud olan Rusiya konsulluqlarını, diplomatik nümayəndəliklərini bağlamışdı. Hətta Rusiya əmlakı olan diplomatik ofislərə belə əl qoyulmuşdur. ABŞ-a qədər olmasa da, Rusiya da təxminən eyni üsullarla Vaşinqtona cavab vermişdir. Bütün bunların görünməyən tərəfi isə bu prosesdən xüsusi xidmət orqanlarının ciddi ziyan çəkməsi oldu. Sirr deyil ki, diplomatik çətir altında səfirliklərdə həmişə xüsusi xidmət orqanlarının əməkdaşları fəaliyyət göstərib. Onların böyük hissəsinin kimliyi isə qarşı tərəfin xüsusi xidmət orqanlarına həmişə bəlli olub. Bu proseslərdə ölkədən çıxarılan ”diplomatlar"ın içində onlar çoxluq təşkil ediblər. Bayden dönəmində Rusiya ilə bağlı yeni siyasətin yürüdüləcəyi öncədən məlum idi. Təbii ki, söhbət münasibətlərdə Rusiya ilə 15 il öncəki vəziyyətə qayıtmaqdan getmir. 2005-2008-ci illərdə Rusiyada səfir olmuş, MKİ direktoru Uilyam Berns səfir olduğu vaxtlardan fərqli olaraq hazırda qatı anti-Putin mövqeyinə köklənmiş biridir. Onun MKİ direktoru təyin olunandan sonra verdiyi acıqlamalarda bunu görmək olur. Düşünürəm ki, fərqli yollarla, amma hədəfləri saxlamaq şərtiylə yeni siyasətin formalaşdırılması planlaşdırılır. MKİ idarəsinin direktoru Ağ Evdən hansı baqajla gəldiyini və əsas danışıqları hansı müstəvidə, səviyyədə və kimlərlə aparacağını deyə bilmərəm. Çünki əminəm ki, qapalı, jurnalistlərin iştirakı olmadan, ümumiyyətlə, yeri məkanı və görüşüləcək şəxlərin gizli saxlanacağı görüşlər də olacaq. Amma çox güman ki, bu səfərin detalları tərəflər arasında aylardır ki, müzakirə olunub, bir çox məqamlar razılaşdırılıb və hərə özü üçün ilkin etapda hansısa divident qazanmaq istəyəcək. Yəni səfərin əsas hədəflərinin görüşlərdən sonra ictimaiyyət üçün açıq olacağına inanmıram. Lakin bu səfərdən sonra gedəcək prosesləri diqqətlə izləsək, Moskva səfərində əsas müzakirə predmeti olmuş məsələləri müəyyən edə biləcəyik".

Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz  qiymətə satılmazdı"

Məhəmməd Əsədullazadə: “Ola bilər ki, Putin və Bayden görüşü təşkil edilsin”

Politoloq Məhəmməd Əsədullazadə Putin-Bayden görüşünü də mümkün sayır: “ABŞ-la Rusiya arasında konfidensial danışıqlar bir müddət davam edir. Artıq rəsmilərin səfərləri çərçivəsində bu danışıqlar növbəti mərhələyə keçib. İki ölkə arasında ciddi böhranın yoluna qoyulması burada çox mühümdür, Ukraynanı burada xüsusi qeyd etmək lazımdır. Şərqi Avropada maraqların uzlaşdırılmasına və gərginliyin azadılmasına hesablanıb. Həmçinin ABŞ Çinə qarşı mübarizədə Rusiyanın dəstəyini almağa çalışır. Həmçinun Ukraynanın şərqində vəziyyət müharibə həddinə çatıb, görünür tərəflər bu məsələdə də müharibənin baş verməsinin qarşısını alacaq. İlk əvvəl Rusiyanın sanksiya siyahısında olan xanım Nuland Moskvaya səfər etdi. İndi isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi gəlib. Vaşinqton, görünür, Moskva ilə bir neçə istiqamətdə razılaşmağa çalışır. Təşəbbüsdə Vaşinqtondan edilir. Keçmiş səfiri ona görə göndərirlər ki, Rusiyada işləyib və Moskva ilə uzlaşa biləcək. Hesab edirəm ki, ABŞ-Rusiya ilə əlaqələrində müəyyən yumşalma mərhələsinə keçilir. Ola bilər ki, Putin və Bayden görüşü təşkil edilsin”.Musavat.com