Paşinyanın bu etirafı şok effekti yaratdı: "Məsələ bitib, artıq..."

Paşinyanın bu etirafı şok effekti yaratdı: "Məsələ bitib, artıq..."

1 Noyabr 2021 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Qarabağın “status” məsələsi tarixdə qalıb. Ölkə başçısının bu ilin 7 iyul tarixində imzaladığı iki Fərmanla əslində bu məsələnin hüquqi həlli də təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması ilə “status” məsələsi də tamamilə həll olunub. Bununla da bu “məsələ“ bir daha müzakirə predmeti ola bilməz.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Vətən müharibəsində çox böyük itkilərə məruz qalıb:

“Bununla da biz şəhidlərimizin qisasını döyüş meydanında almışıq. Ali Baş Komandan da bu fikri dəfələrlə vurğulayıb ki, Azərbaycanın Şanlı Ordusu heç də təkcə Nikol Paşinyanın ordusuna qalib gəlməyib. Çünki Paşinyan bir-iki ilin məhsuludur. Azərbaycan Ordusu Köçəryan və Sərkisyanın yaratdığı “ordunu” darmadağın edib. Ermənilərin öz orduları haqqında yaratdığı mifləri Azərbaycan Odrusu məhv edib. Bununla da onlar kapitulyasiya aktına imza atmağa məcbur olub”.

Millət vəkili bu günlərdə Ermənistan mətbuatında yayılan və şok effekt yaradan məlumatdan bəhs edib: “Ermənistanda yayılan bu informasiya Azərbaycan Prezidentinin fikirlərinin reallığı əks etdirdiyini təsdiqləyir. “Hayastan” blokundan olan deputat və “Daşnaksütyun” partiyasının üzvü İşxan Saqatelyan ötən ilin oktyabrında, müharibənin şiddətli vaxtında baş nazir Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi qapalı görüşün təfərrüatını danışıb. Məlum olub ki bu N.Paşinyan “status” məsələsinin artıq olmadığını söyləyib. Baş nazir həmin vaxt vurğulayıb ki, bu məsələ artıq bitib. Ermənistan ordusu çox böyük itkilərə məruz qalıb. Ona görə də bizim kapitulyasiya aktını imzalamaqdan başqa çarəmiz yoxdur. Paşinyan onu da bildirib ki, bu problem bizə əvvəlki hakimiyyətdən “irs” qalıb. Biz əvvəlki hakimiyyətin törətdiklərinin cəzasını çəkirik”.

Elman Nəsirova görə, bütün bunlar onu təsdiqləyir ki, bu gün Ermənistan ictimaiyyəti, erməni xalqı, siyasi, hərbi rəhbərliyi Azərbaycan Prezidenti nə deyirsə, onu çox diqqətlə izləyib öyrənməlidir: “Çünki bütün bu fikirlər real həyatda öz təsdiqini tapır”.