“Sovet dövrünün istənilən xəritəsi Azərbaycanın maraqlarına uyğundur” – Tarixçi

“Sovet dövrünün istənilən xəritəsi Azərbaycanın maraqlarına uyğundur” – Tarixçi

29 Oktyabr 2021 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanla Azərbaycan arasında sərhədlərin demilitasiyası və demarkasiyası ilə bağlı müxtəlif sovet xəritələrinə istinadalr və spekulyasiyalar var. O cümlədən 1920, 1921 və 1923-cü ilin xəritələri və ya keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının hərbi xəritlərinin əsasa götürüləmi mübahisəsi də bitmir. Rəsmi İrəvan daha çox 1920-ci ilin xəritəsinə, Kreml isə Baş Qərargahın xəritəsini demarksiya üçün münasib hesab edir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Yenisabah.az-a açıqlamasında bildirib ki, hər bir tərəf bu məsələyə öz maraqlarından yanaşır.

“Azərbaycan Respublikası Konstitusiya Aktı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Cümhuriyyət dönəmində əhalimizin kompakt yaşadığı, 114 min kv.km və yaxud da qonşularının mübahisəli hesab etmədiyi 96 min kv.km-lik ərazisini iddia edə bilər.

Bir daha qeyd edirəm, əgər məsələyə sərf etmə prinsipiylə yanaşılarsa. Çünki Cümhuriyyətin varisi olaraq bizim buna haqqımız var, amma Azərbaycan Respublikası hüquqi baxımdan, obyektivlik əsasında qonşularının maraqlarını nəzərə alan bir mövqe sərgiləyir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BMT səviyyəsində beynəlxalq aləmdə tanınmış sərhədlərinin bərpasını istəyir”, – deyə tarixçi-alim qeyd edib.

Onun sözlərinə görə, əgər Ermənistan yenə də siyasi spekulyasiya və təxribatla məşğul olmaq istəyəcəklərsə, onda Azərbaycan daha çox haqqı olan tarixi ərazilərlə bağlı iddialarla çıxış edə bilər.

“Bu ərazilər xəritələrdə təsdiq olunub. Məsələn, əgər söhbət 1920-ci ildən gedirsə, 1920-ci ildən sonra Azərbaycanın torpaqları məhz elə kommunist rəhbərliyinin iradəsi ilə Ermənistan SSR-ə verilib. O ərazilərin hamısının indi Azərbaycan Respublikasına qaytarılması məsələsi də qoyula bilər. Buna görə də, bütün hallarda Ermənistan dövləti bu məsələdə öz vəziyyətini gərginləşdirməmək, belə hərəkətlərlə vaxt udub, sülh sazişi bağlamaqdan çəkinmək, vaxtı uzatmaq prinsipi ilə çıxış edəcəksə, bu, ancaq onların maraqları ziyanınadır. Həmçinin, Türkiyə və Emrənistan arasında sərhədlərin açılması da adekvat olaraq onun Azərbaycanla münasibətlərinin hüququ müstəvidəki həllindən asılıdır”.

Firdovsiyyə Əhmədova vurğulayıb ki, bu məsələlərdə Azərbaycan Respublikası hələ ki təmkinli, səbrli mövqe tutur:

“Bütün hallarda sovet dövrünün xəritələrinin hansı ilini götürsək belə, yenə də Azərbaycanın maraqlarına uyğundur. Nəyə görə? Çünki son rəqəm 86.6 min kv.km-dirsə, həmin sərhədlər çərçivəsində Azərbaycanın sərhədlərinin tanınması və Ermənistan tərəfindən müqavilə ilə bunların təsbit olunması, Azərbaycan tərəfinin ən güzəştli mövqeyidir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpasını istəyirik. Bir də hüquqi sənəd olmadan sovet dövründə sadəcə kommunist rəhbərliyinin iradəsi ilə Ermənistana güzəşt edilibsə, o torpaqlar da Azərbaycana qaytarılmalıdır”, – deyə tarixçi-alim fikirlərini tamamlayıb.