“Hansısa narkoman molla “ermənilər farsların qan qardaşıdır” deyirsə...”

“Hansısa narkoman molla “ermənilər farsların qan qardaşıdır” deyirsə...”

10 Oktyabr 10:20
219
Bəyəndim (0) Bəyənmədim (0)

İran Azərbaycanın uğurundan qıcıqlanır, eyni zamanda 40 milyon azərbaycanlıdan qorxur. Üstəlik, İranın dünyada ciddi dəstəyi yoxdur. Pakistanla düşməndir, Əfqanıstanla münasibətləri gərgindir, Türkiyə ilə əlaqələri ortadadır. Ümidi Xəzər dənizi vasitəsilə Rusiyaya qalıb. Amma Rusiyaya ümid bəsləyənin anası ağlar qalar. Odur ki, Rusiyanın forpostu olan Ermənistandan bərk yapışıblar. Dünya İranın üzərinə gələndə Rusiya onu müdafiə edəcək? Ermənidən də kömək gözləyən pis vəziyyətə düşər”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Reyting.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov İranın Azərbaycana qarşı əsassız iddialarından danışarkən deyib. Onun sözlərinə görə, əgər İran kimi qədim ənənələrə malik dövlətin ərazisində hansısa narkoman molla “ermənilər farsların qan qardaşıdır”,- ifadəsini işlədirsə, yazıqlar olsun:

“Sözüm fars millətinədir. Niyə bu mollanı güllələmirsiniz? Ermənilər hay tayfasıdır, bicdən yaranıblar. Bu tayfanın adı müxtəlif dövrlərdə fərqli olub. Hansısa ölkədə özlərinə güzəran qurduqdan və əlləri çörəyə çatdıqdan sonra, həmin ölkəyə xəyanət edirlər. Ermənilər bu səbəbdən Assuriyadan, Mesopotomiyadan, hətta Hindistandan qovulublar”.

Şeyx Əbdül Mahmudbəyov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev açıq danışır, səmimi insandır: “Fikirlərini açıq və konkret deyir. Sübutlar istəyir. Amma İran səmimi deyil, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. İran Azərbaycan haqqında dediklərinin hansını sübut edə bilər? Rusiya və Ermənistan zamanında bizə hansı sübutları verib ki, İran da versin?”.

Xalq artisti deyib ki, İran özünü İslam Respublikası elan etsə də İslamın müqəddəs dəyərlərini təhqir edən, məsciddə donuz saxlayan ermənini müdafiə edir: “Amma bunun əksi olmalıdır. Müsəlmanlara qarşı soyqırımı törədən ermənini ilk olaraq İslam dövləti İran vurmalı idi. Əgər bunu etməyibsə, daha nədən danışaq?

İran köhnə tanklarını Azərbaycanla sərəddə yığıb hərbi təlim keçirir, atdığı güllələr də bir-birinə dəyir. Bunlar Səttarxan, Bağırxan ideyasından qorxurlar. Amma narahat olmasınlar”.

Mahmudbəyov əlavə edib ki, son gərginlikdə İran səhv tərəfdir: “Mən onlara müraciət edirəm, sizi ağır dövrünüzdə bir ovuc erməni müdafiə edəcəkmi? Fars xalqını təhqir edərək onu ermənilərə bağlamayın. Bizdən də narahat olmayın, qorxmayın. 30-40 milyon azərbaycanlı oradadır. Pislik niyyətimiz olsaydı, bunu çoxdan edərdik”.