Bakı İranı dörd yandan hədəfə alar... Azərbaycan İrana qarşı sanksiyalara qoşula və ABŞ-ı dəstəkləyə bilər

Bakı İranı dörd yandan hədəfə alar... Azərbaycan İrana qarşı sanksiyalara qoşula və ABŞ-ı dəstəkləyə bilər

8 Oktyabr 2021 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı çətin ki, ərazi bütövlüyümüzə İranın xəyanətini, işğalçı Ermənistana hərtərəfli yardım etməsini, Qarabağ separatçılarına dəstək verməsini və qondarma ittihamlarla ona təzyiqlərini bağışlaya bilsin.

Oxuməni.az xəbər verir ki, əgər vaxtı ilə Azərbaycan və Türkiyə İrana qarşı beynəlxalq sanksiyalara qoşulmamışdısa, bu dəfə Bakı və Ankaranın Tehrana tətbiq ediləcək istənilən sanksiyalarda iştirak edəcəyi şübhə doğurmur. Bir sözlə Azərbaycana qarşı təzyiq və çirkin, əsli olmayan ittihamlar irəli sürən İran bunun bütün ağrılarını öz üzərində hiss edəcək. İranın Azərbaycana münasibətdə yeritdiyi şantaj və təzyiq siyasəti onun özünə qarşı çevrilərək Tehrana qarşı başda Qərb dövlətləri olmaqla koalisiyada Azərbaycan və Türkiyənin fəal iştirak etməsinə gətirib çıxaracaq.

Bunu tanınmış ukraynalı politoloq Aleksey Voronenkonun axar.az-a verdiyi açıqlamasında dedikləri də təsdiq edir. Aleksey Voronenko:

“Heç nəyə baxmayaraq İran hadisələrin gedişatını hərbi münaqişəyə doğru yönəltməyə davam etsə, Azərbaycan Tehrana düşünmək üçün 1 həftə vaxt verəcək. Əgər bu da bəzi başbilən mollaların ağlını başına gətirməsə, Bakı İranı dördbir tərəfdən hədəfə alacaq. Hazırda Azərbaycanın əlində olan “kozır”lar demək olar ki, heç kimdə yoxdur. Birincisi və ən əsası gücünü bütün dünyaya yetərincə Qarabağda göstərə bilən elə Azərbaycanın öz qalib ordusu, digər tərəfdən dünyanın aparıcı güclər arasında yer aldığı Türkiyə ordusu, bir tərəfdən İsrail, bir tərəfdən də “İranı bəyənməyənlər koalisiyası”. Onu da qeyd edək ki, hazırda bu “formal koalisiyaya” onlarla güclü dövlət daxildir”,-deyib

Voronenko qeyd edib ki, bunu hazırda Tehranda oturanlar da çox gözəl anlayır və , biz yaxın günlərdə İran hakimiyyət qüvvələrini təmsil edən şəxslərin dilindən yumşalmış ritorikanın şahidi olacağıq:

"Bu bir narazılıq siqnalı idi, İran çox gözəl anlayır ki, Bakının arxasında bütün dünya durduğu zaman, onların arxasında qorxudan titrəyən Ermənistan gizlənir”, - deyə Voronenko bildirib.