Türkiyə təyyarəsi Suriya səmalarında Rusiya silahı ilə vurulub

Türkiyə təyyarəsi Suriya səmalarında Rusiya silahı ilə vurulub

2 İyul 2012 17:33
Bəyəndim (0) Bəyənmədim (0)
NATO-nun baş katibi Suriya hərbçilərinin Türkiyənin kəşfiyyatçı təyyarəsini vurmasını qınadı

NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün Suriya hava hücumundan müdafiə qüvvələrinin Türkiyəyə məxsus kəşfiyyatçı təyyarəni vurmasını qəti şəkildə tənqid edib. Cihan xəbər agentliyinin məlumatına görə, baş katib Brüsseldə çıxışı zamanı deyib: "Biz bu insidenti ciddi şəkildə qınayırıq".

Interfax-ın Rusiyanın hərbi-diplomatik mənbələrinə istinadən yaydığı məlumata görə, 22 iyun günü Türkiyənin F-4 "Fantom" qırıcı təyyarəsi Suriyanın hava sərhədini pozub və Rusiya regionda maraqlı tərəf kimi vurulan təyyarənin uçuş marşrutundan tamamilə xəbərdardır. Məlumatda o da bildirilir ki, Suriya hava hücumundan müdafiə qüvvələri təyyarəni Rusiyadan aldıqları "Pansir C-1" sistemi ilə vurublar.

O.M.