Eduard Şevardnadze Mixeil Saakaşvilini iqtidara gətirdiyi üçün gürcü xalqından rəsmən üzr istədi

Eduard Şevardnadze Mixeil Saakaşvilini iqtidara gətirdiyi üçün gürcü xalqından rəsmən üzr istədi

2 İyul 2012 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq prezident sələfini aciz adlandırdı

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze gürcü xalqından rəsmən üzr istəyib. Belə ki, o, iqtidarı Mixeil Saakaşviliyə ötürdüyü üçün təəssüf etdiyini bildirib. Bu fikri E.Şevardnadze Gürcüstanın "Asaval dasavali" qəzetinə müsahibəsində səsləndirib. O deyib ki, xalq və dövlət qarşısında ən böyük günahı vəzifəsini Mixeil Saakaşviliyə ötürməsidir:

"O vaxt (red: 2003-cü ilin noyabrında) mənim vaxtından əvvəl istefaya getməkdən başqa çıxış yolum yox idi. Ancaq mən gürcü xalqı qarşısında min dəfə səhvimi etiraf etməyə və üzr istəməyə hazıram. Çünki iqtidarı Mixeil Saakaşviliyə təhvil vermişəm. Mən səhvimi boynuma alıram və xalqımdan üzr istəyirəm".

Xatırladaq ki, sabiq prezident müsahibəsində öz sələfini kəskin tənqid edib və M.Saakaşvilini Gürcüstanın problemlərini həll etməkdə aciz adlandırıb.

O.M.