Ermənistan təcili Rusiyanin təsirindən çıxmalıdır

Ermənistan təcili Rusiyanin təsirindən çıxmalıdır

20 Sentyabr 2021 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Əvvəllər Rusiya Cənubi Qafqazda həm siyasi, həm də iqtisadi təsirə malik idi, amma artıq Cənubi Qafqazda rollar dəyişir. Bu gördüklərimiz isə Cənubi Qafqazdakı dəyişikliyin yalnız kiçik bir hissədir".

Oxuməni.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Türkiyə Cənubi Qafqazda ciddi bir balanslaşdırıcı faktora çevrilir:

"Açığını deyək ki, Rusiya nəinki Cənubi Qafqazda, həm də sərhədinin ətrafındakı hər yerdə təsirini itirir. Bu, Rusiya rəhbərliyinin 20 il ərzində apardığı siyasətin nəticəsidir. Buna görə də Türkiyənin Cənubi Qafqaza gəlişi olduqca təbii bir hadisədir.

Moskvanın Ukrayna ilə də bir problemi var, üstəlik qərb istiqamətində Belarusda çox qeyri-sabit bir vəziyyət hökm sürür. Hətta Rusiyada Əfqanıstanın itirilməsi ilə bağlı çox ciddi problemlərin olduğu Orta Asiyadan da danışa bilərəm.

Türkiyənin varlığı ciddi bir balanslaşdırıcı faktordur və bu, Rusiyanın varlığı ilə müqayisə oluna bilməz. Regional təhlükəsizliyə gəldikdə, deyək ki, bir sıra məsələlər var, çünki Türkiyə və Rusiyadan başqa regionda basqa bir görünməyən güc - İran faktoru mövcuddur.

Regional təhlükəsizlikdən söhbət gedirsə, burada Gürcüstanla Rusiya arasındakı münaqişənin həlli ilə bağlı məsələlər də nəzərə alınmalıdır. Ancaq Qafqazda tam hüquqlu bir sülhdən söhbət gedirsə, bu, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsindən sonra mövcud olacaq.

Ermənistan Rusiyanın təsirindən tamamilə uzaqlaşmasa, ən azı Rusiyanın Ermənistandakı təsiri çox ciddi şəkildə özünü Azərbaycanla sülh prosesində göstərəcək. Hər şey isə çox sadədir: Əslində hər şey ermənilərin təhlükəsizliyə ehtiyacı olduğu sadə bir düsturdan irəli gəlir.

Bu gün Qarabağda yaşayan əhalinin təhlükəsizliyi rus hərbçilərinin məsuliyyət zonasındadır və bu məsələ ilə bağlı danışıqlar aparılmır, çünki Rusiya tərəfindən bloklanır.

Bu təhlükəsizlik necə təmin edilməsi Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda aparılacaq danışıqlar formatında razılaşdırılmalıdır. Bu məsələni yalnız bu iki ölkə həll etməlidir, digərləri yox".