Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımasa sülh müqaviləsi imzalanmayacaq

Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımasa sülh müqaviləsi imzalanmayacaq

17 Sentyabr 2021 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

“Əgər Ermənistan tərəfi hazrkı situasiyada dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib: “Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqviləsi ilə bağlı danışıqlar aparılmır. İlk növbədə Ermənistan tərəfinin buna hazır olmadığını düşünürəm. Digər yandan, Rusiya Ermənistanı bundan çəkindirmək üçün təzyiqlər edir, 10 noyabr razılaşmasının bir neçə bəndi isə hələ də yerinə yetirilməmiş qalır.

Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin detalları onda müzakirə edilə bilər ki, Ermənistan-Türkiyə sərhədləri açılır və Kremlin İrəvana təzyiqləri neytrallaşır. Üstəgəl, bunun üçün Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, əsassız ərazi iddialarından imtina etməlidir. Bunlar olmadıqca, sülh müqaviləsindən danışmaq mümkün olmayacaq.

Ermənistan tərəfi “status” məsələsini də gündəmdə saxlamağa çalışır və sepatçıların yaşadığı Azərbaycan ərazilərində Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir. Hələ də ermənilərin qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalır. Əgər Ermənistan tərəfi hazrkı situasiyada dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər. Qafan-Gorus yolunda baş verən olaylar buna sübutdur”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, qanunsuz silahlı birləşmələr ərazilərimizi tərk etməsə, antiterror əməliyyatları qaçılmaz olacaq:

“Türkiyə və Azərbaycan arasında hərbi təlimlərin intensivləşməsi bu yöndə verilmiş ən güclü mesajdır. Moskva da Qarabağ və sərhəddə baş verənlərin onun mövqelərinə mənfi təsir göstərdiyinin fərqindədir.

Ermənistan və Azərbaycan arasında elə bir ciddi probelmelər var ki, bunları qarşıdakı üç ay ərzində danışıqlarla həll etmək mümkün olmayacaq. Buna İrəvan da hazır deyil. İlk növbədə 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndləri yerinə yetirilməlidir ki, sülh müzakirələrdən söhbət gedə bilsin. Hesab edirəm ki, bu yöndə fəallıq yaratmaq üçün Azərbaycan və Ermənistan rəhbərləri Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüşə bilərlər.

Moskvanın sülh müqaviləsi üçün Bakıdan istəyi var. Əsas istək də budur ki, Azərbaycan Türkiyə ilə məsafə saxlasın. Amma Azərbaycan nəinki məsafə saxlamır, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir. Hesab edirəm ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafı yolunda daha ciddi gəlişmələrin şahidi ola bilərik”.