“Qazaxın yeddi kəndi geri qaytarılacaq, buna şübhə yoxdur!

“Qazaxın yeddi kəndi geri qaytarılacaq, buna şübhə yoxdur!

15 Sentyabr 15:54
205
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olduğu kimi, Qazaxın yeddi kəndi uzun illərdir işğal altındadır. Düşmən ərazilərimizi sülh yolu ilə qaytarmaq barədə razılıq versə də, hələ heç bir addım atmayıb. “Dəmir yumruq” üçün darıxıbmı, ya ənənəvi erməni xislətinimi ortaya qoyur, demək çətindir.

Əsas və əminliklə deyə biləcəyimiz məsələ ilə ədalətin tez-gec bərpa olunacağıdır. Biz bunu bir dəfə sübut etmişik.

Oxuməni.az xəbər verir ki, tanınmış jurnalist Elçin Şıxlı sözügedən məsələnin sərhədlərin müəyyənləşməsi ilə bağlı olduğunu vurğulayıb:

“Qazaxın yeddi kəndi bizimdir və ərazilərimiz qaytarılacaq. Buna şübhə yoxdur. Hətta, yəqin, proses bu yaxınlarda baş tutacaq.

Təəssüf ki, Qazaxın kəndlərinin qaytarılması sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır.

Sərhədlər müəyyənləşmədən kəndlərimiz qaytarılmayacaq, insanlarımız oraya geri dönməyəcək”.