Ekozyans erməni tarixçilərinə: Hanı “qədim” tarix?

Ekozyans erməni tarixçilərinə: Hanı “qədim” tarix?

13 Sentyabr 2021 12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Erməni əsilli ukraynalı tarixçisi-tədqiqatçı Filipp Ekozyans bütün erməni tarixçilərinə müraciət ünvanlayıb.

Oxuməni.az xəbər verir ki, bununla bağlı o sosial şəbəkə səhifəsində açıq məktub yazıb:

“Erməni tarixini bilən, araşdıran peşəkarlar, siz hardasız? Heç biriniz son illərdə internetdə görünmürsünüz. Bəlkə kimsə bunu hiss etmir, amma mən bu tendensiyanın fərqindəyəm. Siz sabit olaraq səssizlik taktikası seçmisiz. İndi sizin əsl gizlənməli olduğunuz vaxt gəlib çıxıb – çünki ortalığa həqiqət gəlib!

Sizə bəzi suallarım var: Nədən tarixi sənədləri erməni xalqından illərdir gizlədirsiz? Ermənistanın “qədim” tarixini puç edə biləcək faktları nə vaxta qədər ictimayətdən saxlamaq niyyətiniz var?

Siz ermənilərin cəmi 300 il bundan əvvəl hansı adla tanındıqlarını barədə susursunuz, halbuki bu, artıq heç kimə sirr deyil. Erməni əlifbasının yaradıcısı İohan Zlatoust haqqında niyə susursunuz? Artıq onun haqqında bütün dünya bilir.

Siz dissertasiyalarınızda səxavətlə yazdığınız uydurma soyqırımlar barədə bir dənə də olsun tarixi sübutun olmaması barədə susursunuz.

Siz "qədim" erməni əlyazmalarının müstəqil ekspertlərlə bir dəfə də olsun eyni məkanda olmamasından danışmırsınız.

Siz Moisey Xorenskinin orijinal əlyazmalarının harada gizlənildiyi barədə susursunuz.

Yunan dilindən erməni dilinə tərçümə olunmuş yüzlərlə tarixi “sübütlarınız” olduğu halda, nədən bir dənə də olsun tarixi yunan-erməni lüğətinin olmadığını demirsiniz?

Bəs minlərlə “qədim” erməni memarlarının və inşaatçılarının təhsil aldıqları məktəb və institutların hara yoxa çıxdığını deyə bilmirsiz? Bu memarların Xəzərdən başlayaraq Aralıq dənizinə qədər uzanan ərazilərdə bir dənə də olsun əl işlərinin qırıntısının belə olmaması barədə susursuz.

Siz tarixi atanız hesab etdiyiniz İsrail Orinin sizlər haqqında yazdıqları barədə danışmağa utanırsınız. Amma artıq 2 ildir ki, şəxsən mən özüm bu yazıları sizin üçün yaxşı tanış olan rus dilinə tərcümə etmişəm.

Hansısa möcüzə ilə iki aya qədim erməni dilini “öyrənmiş”, amma əslində sadəcə "üç dərsə" bu dili öyrənməyə cəhd göstərmiş Bayron. Deyirsiz ki, guya bu adam qədim erməni lüğətinin banisidir... Heç utanırsız?

Siz hətta susduğunuz barədə susursuz!”, - deyə tədqiqatçı qeyd edib.