Mixaylov: Bakı və Moskva ermənilərin planını ifşa etdi

Mixaylov: Bakı və Moskva ermənilərin planını ifşa etdi

30 İyul 2021 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı yaxşı başa düşür ki, Ermənistan silahlı qüvvələrinin təşkil etdiyi sərhədlərdəki bütün təxribatlar yalnız bir məqsədə xidmət edir – Azərbaycanı cavab zərbəsinə təhrik etmək və müvafiq olaraq, bu vəziyyətdən üçüncü ölkələrin münaqişəyə cəlb olunması üçün yararlanmaq.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Rusiyanın beynəlxalq münaqişələr üzrə eksperti, hərbi analitik Yevgeni Mixaylov Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, İrəvan artıq bir müddətdi ki, mifik Fransa və Amerika sülhməramlılarından danışmağa başlayıb:

“Moskva isə bunu çox yaxşı anlayır. Rusiyanın və Azərbaycanın Ermənistanın nə etməyə çalışdığına dair tam qarşılıqlı anlaşması vardır. Bakı və Moskva ermənilərin bu məkrli planını ifşa edə bilib.

Artıq əminliklə söyləyə bilərəm ki, sülh müqaviləsi imzalanacaq. Bundan başqa, Bakının heç vaxt provokasiyalara uyub, tammiqyaslı hərbi əməliyyata başlamayacağı da bəllidir”.