Füzuli-Şuşa tuneli erməniləri heyrətləndirdi

Füzuli-Şuşa tuneli erməniləri heyrətləndirdi

27 İyul 13:02
464
Bəyəndim (0) Bəyənmədim (0)

44 günlük müharibənin Azərbaycan ərazisində getməsinə, 30 il ərzində tarixi, dini, mədəni abidəsi erməni vandalizminin qurbanı olmasına, infrastrukturu tamamilə məhv edilməsinə baxmayaraq Avropa İttifaqının Ermənistana 2.6 milyard avro qrand ayırması da rəsmi Bakını məqsədindən, tarixi, milli missiyasından usandırmayacaq.

10 noyabr bəyanatından sonra işğaldan azad olunan ərazilərin minadan təmizlənən hissələrində sürətli şəkildə bərpa, quruculuq işlərinə, infrastruktur layihələrin icrasına var gücü ilə start verən Azərbaycan keçən 8 ay ərzində gördüyü işlərlə Ermənistan ictimaiyyətini ciddi şəkildə heyrətləndirməyə başlayıb. Belə ki, erməni jurnalist Bella Lalayanın sosial şəbəkə hesabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərindən yazması diqqətimizdən qaçmayıb.

Oxuməni.az milli.az-a istinadən xəbər verir ki, Bella Lalayan sosial medi hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq "30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin" sözlərini qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoymuşdu. Burada ümumilikdə iki tunel tikilir və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.