Baku.am erməni saytında Azərbaycan həqiqətləri

Baku.am erməni saytında Azərbaycan həqiqətləri

17 May 2012 21:42
1 970
Bəyəndim (0) Bəyənmədim (0)
ARAŞDIRMA:Ermənilər bilmədən etiraf etdilər ki, Bakı tarixən tolerant şəhər olub, onlar özləri isə bu dəyərlərə xəyanət ediblər

Azərbaycan və onun paytaxtı tarixən çoxmillətli və çoxdinli bir diyar olmuşdur. Burada müxtəlif etnosların nümayəndələri hər zaman çiyin-çiyinə və qarşılıqlı əməkdaşlıq, hörmət şəraitində yaşamışlar. Nə qədər qəribə səslənsə də, ermənilər də tarixin uzun bir dönəmində Azərbaycan ərazisinin tamhüquqlu sakinlərindən biri olmuşlar. Ta o vaxta kimi ki, Birinci Dünya Müharibəsi zamanı onlar imperiyaların əlində alətə çevrilərək, öz həmvətənlərinə, yəni müsəlmanlara qarşı düşmən kəsildilər. Məhz o dövrdən etibarən onlar başqalarının torpaqlarında öz dövlətlərini qurmaq üçün hər kəsi düşmən elan etdilər və bu iyrənc niyyətlərini açıq-aydın həyata keçirməyə başladılar. Əvvəlcə qədim Azərbaycan əraziləri olan İrəvan və Zəngəzur xanlıqları ərazisində öz qondarma dövlətlərini qurmağa müvəffəq oldular. Daha sonra bununla kifayətlənməyib Qarabağı işğal etdilər. İndi isə Naxçıvana, Türkiyə ərazilərinə və Azərbaycanın Kür-Araz çaylarının qovşağına qədər olan torpaqlarına iddia edirlər. Bütün bunlara baxmayaraq, bir millətin xəyanəti Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə zərbə vura bilmədi. Əksinə, xəyanətə qarşı Azərbaycan vətəndaşları istisnasız olaraq birləşməyi bacardılar.

Azərbaycanda tolerantlıq tarixi nailiyyət, genofondun qan yaddaşına hopmuş milli-mənəvi dəyərdir. Başqa sözlə desək, həyat tərzidir. Bunu hamı bilir və bu hal danılmazdır. Lakin obyektivlik naminə mövzuya fərqli aspektdən yanaşmaq istədik. Daha dəqiq desək, bizi özünə düşmənə çevirmiş xəyanətkar ermənilərin mövqeyinə nəzər salmaq qərarına gəldik. Görəsən, onlar Azərbaycan və Bakı haqda nə düşünürlər? Azərbaycanda tolerantlıq ənənələrini etiraf edəcək qədər cəsarətləri varmı? Öz xəyanətlərinə necə bəraət qazandırırlar? Bu və digər suallara cavab tapmaq üçün ermənilərin Azərbaycan dilində hazırladıqları Baku.am saytına nəzər saldıq. "Bakının tarixi" adlı məqaləni ixtisar və redaktə etmədən sizlərə təqdim edirik:

"Bakı qədim zamanlardan məskunlaşdırılmış olmuşdur və ilk dəfə olaraq 5-ci əsrin əsas mənbələrində xatırlanmışdır. Şəhər Abşeron yarımadasının cənub hissəsində yerləşir və neft, habelə doğal qaz ehtiyatlarıyla zəngindir.
Erkən orta əsrlərdə Abşeron yarımadası Şirvanın bir hissəsi olub, 7-ci əsrdə isə, ərəblərin hökmranlığı zamanı valiliyə çevrilib. 9-14-cü əsrlərdə Bakı Şirvanşah ərəb dövlətinin bir hissəsi idi. Bakı haqqında həmçinin 9-cu və 10-cu əsrlərdən xatırlanır. Xüsusən, ərəb yolçular və coğrafiyaşünaslar Al-Mükadasinin, Al-Masudun və İstahrinin buraxdığı məlumatlar Bakının neft hasilatına aiddir və şəhərdə limanın olduğunu göstərir. Bakının neft bulaqları haqqında həmçinin 13-15-ci əsrlərin ərəb və fars müəllifləri xatırlayırlar. Məsələn, Hamdallah Ğazvini, Abduraşid Bakuvi, Zakariya al Ğazvini, Yakut Hamavi.
Tarixi Bakının mərkəzi Manuçehr 3-cü Şirvanşahın (1120-1160/4) idarəçiliyi zamanı tikilmiş qədim şəhərin qalası olub ki, o da 15-16-cı əsrlərdə Zaqafqaziyanın məğlubedilməz quruluşlarından biri sayılırdı. 1192-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbiylə Şirvanşahlar öz dövlətinin paytaxtını Bakıya dəyişdirirlər və o, Şirvanın inzibati və siyasi mərkəzinə çevrilir. Bundan sonra yerli nefti Şərqin bir sıra ölkələrinə ixrac etməyə başlayırlar, 16-17-ci əsrlərdə isə, şəhər artıq Xəzərin dəniz ticarətinin mərkəzilərindən biri olur.
1540-cı ildə Bakı Səfəvi İran tərəfindən, 1580-ci illərdə isə Osman Türkiyəsi tərəfindən işğal edilir. Bakıya gəlmiş türk yolçu və tarixçi Evliya Çelebi öz "Səyahətnaməsində" qeyd edir ki, Bakı xanlıq kimi Şirvan vilayətinin bir hissəsi idi və Şamaxının limanı idi. 1723-cü ildə Bakını rus orduları Pyotr 1-cinin başçılığıyla zəbt edirlər, lakin 1735-ci ildə o İrana keçir.
1747-ci ildə Bakı eyni adlı xanlığın mərkəzinə çevrilir. 1804-1813-cü illər rus-fars müharibəsi nəticəsində cənubi-şərqi Zaqafqaziya, o cümlədən Bakı Rus imperiyasına birləşdirilir. İrana tabe olan Bakı, Quba, Dərbənd, Şirvan, Şamaxı, Şəki xanlıqları ləğv edilir. Qeyd edilmiş ərazilərdə Şamaxı vilayəti qurulur ki, o da 1859-cu ildə başqa ad alır - Bakı vilayəti Bakı mərkəziylə. Vilayət mərkəzini Bakıya dəyişdirmək faktının şəhərin gələcək inkişafı üçün böyük əhəmiyyəti olur. Vilayət şəhərinə çevrilməklə, Bakı sürətlə genişləndirilir və çiçəklənir. Kəndlilərin yığcam kütlələri öz yaşayışlarını təmin etmək üçün bütün Zaqafqaziyadan Qafqazın böyük sənaye mərkəzlərindən biri olan və iş gücünün ehtiyacını hiss edən Bakıya gəlirdilər. Rus hakimiyyətləri 1820-1860-cı illər ərzində Bakını sürgün yeri kimi istifadəyə götürdülər.

Bakı əhalisi haqqında doğru məlumatlar 19-cu əsrin axırına aiddir. 1899-cu il əhalinin siyahıya alınması məlumatlarıyla, Bakı şəhərinin ümumi sayı 182 897 nəfər təşkil edirdi. O çoxmillətli şəhər sayılırdı, harada ki, ermənilərdən, Qafqaz türklərindən, ruslardan, farslardan, yəhudilərdən və gürcülərdən başqa az saylı avropalı millətlər də yaşayırdılar (polyak, isveçrəli, alman və s). 19-cu əsrdə Bakı liman şəhəri kimi İran, Xəzər dənizi ölkələri, Çin və digər ölkələr ilə mal dövriyyəsi və ticarət münasibətlərində olmağa davam edirdi. Yalnız 1851-1860-cı illər ərzində Bakı limanına bir ildə 200 gəmi gəlmişdi. 19-cu əsrin 70-ci illərində Bakıda neft hasilatı artmağa başlayır və artıq 1901-ci ildə rekordlu miqdarda neft hasil olundu, 706 milyon put. Neft hasilatı və emal edilməsi sayəsində şəhər neft hasil edən böyük mərkəz kimi inkişaf edir, nəinki Zaqafqaziyada, eləcə də bütün Rus imperiyasında. Öz üzərinə həmçinin Avropa ölkələrinin diqqətini cəlb etməklə.
1897-1907-ci illərdə erməni istehsalçıları tərəfindən (A.Mantaşyan, Ter-Akopov, Ter-Margaryan və başqaları) dünyada birinci Bakı-Batumi neft kəməri tikilmişdir. Bakı neftinin hasilatı işində erməni neft istehsalçılarının böyük rolu var idi.
Şəhər tarixində üç dəfə 1905-ci, 1918-ci və 1990-cı illərdə Bakıda qanlı antierməni qırğınlar törədilmişdir.
1918-ci il sentyabrın 15-də türk orduları və onlara birləşmiş Qafqaz türklərinin qeyri-qanuni kütlələrindən ibarət dəstələr, şəhəri müdafiə edən erməni və ingilis hərbçilərin müqavimətini qırmaqla, Bakıya zorla soxulur ki, orada da yerli xristian əhalisini, əsasən erməniləri qanlı şəkildə cəzalandırırlar. Bu qırğınlar ərzində 10000-ə yaxın erməni qətlə yetirilir.
1918-ci il sentyabrında Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtına çevrilir, 1920-ci il aprel ayında isə Azərbaycanın sovetləşdirməsindən sonra Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı kimi tanınır. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Bakı Azərbaycan Respublikasının paytaxtıdır".

Xatırladaq ki, sizə təqdim etdiyimiz məlumat xarakterli yazının müəllifi ermənilərdir. Göründüyü kimi, onlar Azərbaycanın paytaxtının qədim tarixə malik olduğunu, əhalinin çoxmillətli olduğunu və şəhərin hər zaman çiçəklənmə mərhələsində olduğunu etiraf edirlər. Təbii ki, əhalisi müxtəlif millətlərin, dinlərin nümayəndələrindən ibarət olan bir şəhərdə qarşılıqlı anlaşma, əməkdaşlıq və ya dözümlülük ab-havası olmasaydı, inkişafdan söhbət belə gedə bilməzdi. Bu isə o deməkdir ki, ermənilər də Bakıda tarixən tolerantlıq əhval-ruhiyyəsinin hökm sürdüyü fikrini qəbul edirlər. O ki qaldı şişirdilmiş rəqəmlərlə oxuculara təqdim olunan "erməni qırğını" məsələsinə, ermənilər burada da bilmədən və sətiraltı məna ilə həqiqəti etiraf etmiş olurlar. Ən azı ona görə ki, erməni mənbəyində vəziyyət bu cümlələrlə ifadə olunur: "1918-ci il sentyabrın 15-də türk orduları və onlara birləşmiş Qafqaz türklərinin qeyri-qanuni kütlələrindən ibarət dəstələr, şəhəri müdafiə edən erməni və ingilis hərbçilərin müqavimətini qırmaqla, Bakıya zorla soxulur ki, orada da yerli xristian əhalisini, əsasən erməniləri qanlı şəkildə cəzalandırırlar."

Bu isə deməkdir ki, Bakını ilk mərhələdə yadelli ingilislərlə ermənilər işğal etmişdilər. Deməli, bu işğal çoxsaylı müsəlman türklərin qırğını bahasına başa gəlmişdi. Təbii ki, ermənilərin "Qafqaz türklərinin qeyri-qanuni kütlələrindən ibarət dəstələr" adlandırdığı bakılılar Osmanlı türk qardaşlarının köməyi ilə öz şəhərlərini azad etdikdən sonra qırğınlara bais olanları cəzalandırmalı idilər. Ermənilərin qələmə aldıqları məqalənin digər məqamı ona görə maraqlıdır ki, onlar XX əsrin sonlarında Bakıdan köçmüş həmyerlilərinin köçünü qırğın kimi ətraflı şəkildə təqdim edə bilməyiblər. Buna nə sübutları, nə də cəsarətləri çatıb. O ki qaldı məqalədə yer alan erməni neft maqnatları barədə qondarma məlumata, bunu da oğru millətin xəstə təxəyyülünə bağışlamaq olar. Ən azı ona görə ki, adlarından türk mənşəli olduğu bilinən yemək nümunələrini, rəqs və musiqiləri asanlıqla "özəlləşdirən" bir millətdən bundan artıq heç nə gözləmək olmazdı.

Son söz əvəzi: Göründüyü kimi, hətta bizə düşmən kəsilən insanlar da Azərbaycanın və Bakının tarix boyu tolerant bir məkan olduğunu, eyni zamanda ermənilərin bu dəyərlərə xəyanət etdiklərini etiraf etmək məcburiyyətində qalıblar. Bu həqiqəti milli, dini, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı bilməlidir.

Natiq Qocaman

O.M.