Ermənilər 23 əsgər və zabitini itirib

Ermənilər 23 əsgər və zabitini itirib

27 Sentyabr 2020 14:58
Bəyəndim (1) Bəyənmədim (0)

Tanınmamış və oyuncaq "dqr"in "təhlükəsizlik şurası"nın katibi Samvel Babayan bildirib ki, Ermənistan ordusu Azərbaycan qoşunlarının hücumu nəticəsində 23 əsgər və zabitini itirib.

S.Babayan hərbi texnikanın və istehkam qurğularının məhv edilməsi barədə danışmayıb.

Xatırladaq ki, bu gün səhər Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrinin artilleriya atəşlərinə cavab olaraq əks-hücuma keçib. Müdafiə Nazirliyinin yaydığı son məlumatlara görə, cəbhəboyu döyüşlər şiddətli və uğurlu şəkildə davam edir.

Oxuməni.az