Türkiyənin Van bölgəsində üç terrorçu zərərsizləşdirilib
Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Vanın Çatak rayonu ərazisində üç terrorçu zərərsizləşdirilib.
Oxuməni.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Bildirilir ki, aviasiyanın dəstəyi ilə keçirilən “İldırım-10 Norduz” antiterror əməliyyatından sonra terrorçular ilə hərbçilər arasında atışma olub. Məhv edilən terrorçular silahlı olublar. Əməliyyat davam etdirilir.
Oxuməni.az
Digər xəbərlər