Türk ordusunun dəstəyi ilə Azərbaycan... – Həsənov

Türk ordusunun dəstəyi ilə Azərbaycan... – Həsənov

13 Avqust 16:50
2 397
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri (TSK) dünyanın ən güclü ordularından biridir.

Oxuməni.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov deyib.

“Bu bizim şansımızdır. Şansımız budur ki, biz güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz qüvvəsini göstərdi - Suriya, İraq və Liviyada. İnşallah, Türkiyə ordusunun dəstəyi ilə Azərbaycan ordusu da öz müqəddəs vəzifəsini yerinə yetirəcək. Əminəm ki, bir millətin silahlı qüvvələri müqəddəs vəzifələrini vaxtı çatanda yerinə yetirəcək”, - nazir bildirib.

Oxuməni.az