Belarus Rusiya ilə sərhədə qoşun yığır

Belarus Rusiya ilə sərhədə qoşun yığır

4 Avqust 2020 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus ölkənin şimalındakı Vitebsk bölgəsində avqustun 11-də hərbi təlimlər keçirəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Natalya Qavrusik bildirib.

Qeyd edək ki, bir sıra Teleqram kanallarında Rusiya ilə həmsərhəd olan Vitebsk vilayətinin hərbi mükəlləfiyyətli sakinlərinə avqustun 10-da hərbi çağırış məntəqələrinə gəlmələri barədə mesajlar göndərildiyi, bunun 25 günlük təlim-məşq toplantısı olduğu bildirilmişdi.

Belarus ordusuna aid zirehli transportyorların isə Rusiya ilə sərhədə toplandığı barədə məlumat verilmişdi.

Oxuməni.az