ABŞ PUA-ları İŞİD-i vurdu

ABŞ PUA-ları İŞİD-i vurdu

21 İyul 15:55
1 084
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ PUA-ları Suriyanın şimalında Türkiyənin nəzarətindəki “Fərat qalxanı” bölgəsində İŞİD-ə zərbələr endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, PUA-lar İŞİD-ə məxsus hərbi avtomobilə zərbələr endirib.

Nəticədə 3 terrorçu məhv edilib. Bildirilir ki, ölənlər İŞİD-in bölgə üzrə lideri və onun cangüdənləri olub.

Məsələ ilə bağlı ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.

Oxuməni.az