Qasim Süleymanini satan şəxs edam olunub

Qasim Süleymanini satan şəxs edam olunub

20 İyul 11:49
1 073
Bəyəndim (0) Bəyənmədim (0)

İranlı general Qasim Süleymaninin ölümündə təqsirli hesab olunan Mahmud Musəvi Məcd bu gün edam olunub.

Oxuməni.az-ın məlumatına görə, İranın Ali Məhkəməsi Mahmud Musəvi Məcdin edamını təsdiqləyib.

İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Esmaili Musəvi Məcdin MKİ və Mossad kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini və pul qarşılığında İranlı silahlı qüvvələri, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) hərbçilərinin məlumatlarını toplayaraq xarici kəşfiyyat qurumlarına ötürdüyünü bildirib.

Q.Esmailinin sözlərinə görə, Musəvi Məcd İranın İnqilab Məhkəməsinin qərarı ilə edama məhkum olunub.

Qeyd edək ki, 3 yanvarda ABŞ-ın hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri komandanı general Qasim Süleymani və bir neçə nəfər öldürülüb.

Oxuməni.az