Kreml Liviyada rus hərbçilərinin olması haqqında məlumatları təkzib edib

Kreml Liviyada rus hərbçilərinin olması haqqında məlumatları təkzib edib

16 İyul 2020 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hərbçiləri Liviyada hərbi əməliyyatlarda iştirak etmirlər.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, Kremlin bu barədə məlumatı yoxdur. Bundan əvvəl bir sıra KİV-də ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı bildirib ki, Rusiyanın "Vaqner"i BMT-nin embarqolarından yan keçməklə Liviyaya silahlar daşıyıb.

"Rusiya hərbçiləri Liviyada heç bir halda iştirak etmirlər. Orada iştirak edə biləcək hər hansı bir mütəşəkkil Rusiya vətəndaşı haqqında məlumatımız yoxdur".

Oxuməni.az