"Güzgü"nün düşməndən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

"Güzgü"nün düşməndən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

12 İyul 2020 05:30
Bəyəndim (0) Bəyənmədim (0)

Düşmənin Goranboy və Tərtər rayonu istiqamətində hücum etməsi və ordumuzun əks-hücumla Murov istiqamətindəki strateji yüksəklik olan "Güzgü"nü düşməndən azad etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.

O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini, cəbhədə sakitlik olduğunu vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Ordumuzun işğal altında olan Murov istiqamətindəki strateji yüksəklik olan "Güzgü" yüksəkliyini düşməndən azad etdiyi, erməni ordusunun ciddi itki verdiyi barədə məlumatlar paylaşılmaqdadır.

Oxuməni.az