Ermənistan ordusunun 3 hərbçisi öldü

Ermənistan ordusunun 3 hərbçisi öldü

27 Aprel 2012 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Panarmenian.am saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi Tauş rayonunun Ayqepar və Movses kəndləri arasındakı yolda üç erməni hərbçisinin odlu silahdan açılan atəş nəticəsində öldüyünü açıqlayıb. Nazirlik "Vaz-2107" markalı maşında olan üç hərbçiyə odlu silahdan atəş açıldığını, maşının sürücüsünün hadisə yerində öldüyünü bildirib. Yaralılardan biri hospitala aparılan zaman yolda, digəri isə Berd hərbi hospitalında dünyasının dəyişib. Hadisə yerinə baxış zamanı maşında çoxlu sayda güllə yerləri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

O.M.