Haftarla hökumət yenidən danışıqlara başlayır

Haftarla hökumət yenidən danışıqlara başlayır

2 İyun 2020 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya hökuməti ilə Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar atəşkəs danışıqlarına yenidən başlamağa razılıq verib.

Oxuməni.az xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Dəstək Missiyası məlumat yayıb.

Bildirilib ki, atəşkəs danışıqları və bununla bağlı təhlükəsizlik tədbirləri BMT-nin təqdim etdiyi razılaşma əsasında həyata keçiriləcək:

“BMT tərəflərin bu qərarında məmnundur. Ümid edirik ki, bütün milli və beynəlxalq tərəflər Liviya xalqının müharibəni dayandırmaqla bağlı çağırışlarına cavab verəcək və 5+5 formatı atəşkəsin əldə edilməsinə zəmin yaradacaq”.

Qeyd edək ki, məsələ ilə bağlı nə Liviya hökuməti, nə də Xəlifə Haftar rəsmi açıqlama yayıb.

Oxuməni.az