Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb

Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb

18 May 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxuməni.az-a bildiriblər ki, təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

On min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.

Oxuməni.az