Venesuela Kolumbiyaya aid 3 döyüş gəmisini ələ keçirib

Venesuela Kolumbiyaya aid 3 döyüş gəmisini ələ keçirib

10 May 2020 09:39
Bəyəndim (1) Bəyənmədim (0)

Venesuela Kolumbiya Hərbi Dəniz Qüvvələrinə aid 3 döyüş gəmisini ələ keçirib.

Oxuməni.az xəbər verir ki, Bolivar əyalətindəki Orinoko çayı sahilində tərk edilmiş vəziyyətdə 3 döyüş gəmisi aşkarlanıb.

Üzərində Kolumbiya donanmasının simvolu olan gəmilərdə ağır silahlar tapılıb.

Qeyd edək ki, Venesuela təhlükəsizlik qüvvələri ölkəyə dəniz yolu ilə girməyə çalışan qruplara qarşı əməliyyat keçirib.

Daha sonra ölkə Prezidenti Nikolas Maduro açıqlamasında saxlanılan şəxslərin ABŞ və Kolumbiya hökumətləri tərəfindən dəstəkləndiyini iddia edib.

Oxuməni.az