İŞİD terrorçuları daha bir cinayətə əl atıblar

İŞİD terrorçuları daha bir cinayətə əl atıblar

5 Aprel 2020 12:43
Bəyəndim (1) Bəyənmədim (0)

Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində İŞİD terrorçuları səkkiz dinc sakini öldürüb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Surya” telekanalı məlumat yayıb.

Məlumata görə, silahlılar həmin şəxsləri Əl-Mayedin şəhərindən qaçıraraq, onlara görə pul tələb ediblər. Girovlar Suriya səhrasındakı Ət-Tabni vahəsində saxlanılırmışlar.

Oxuməni.az