ABŞ Müdafiə naziri Mark Esperdən koronavirus qadağası

ABŞ Müdafiə naziri Mark Esperdən koronavirus qadağası

15 Mart 2020 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Müdafiə naziri Mark Esper koronavirus pandemiyası səbəbilə Pentaqonun qərargahında sağlamlığın yüksəldilməsi ilə bağlı əmr imzalayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Adi tədbirlərlə yanaşı nazirliyin işçiləri və hərbi qulluqçulara bir-biri ilə fiziki təmas etməmələri (əl sıxma bə qucaqlaşmaq), lazımsız səfərlərdən çəkinmək tövsiyə olunur.

Qeyd edək ki, ABŞ-da 2572 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Ölənlərin sayı 51-ə çatıb.

Oxuməni.az