İsrailin raket hücumu Suriya HHM tərəfindən dəf olunub

İsrailin raket hücumu Suriya HHM tərəfindən dəf olunub

5 Mart 2020 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya dövlət televiziyasının məlumatına görə, Suriya hökumət ordusunun hava hücumundan müdafiə qüvvələri İsrailin raket hücumuna uğurla cavab verib.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, raket zərbələri aviasiya vasitəsilə Livanın Suriyadakı Homs və Kuneytra əyalətlərinə endirilib. Buraxılan raketlərdən heç biri hədəfə çatmayıb. Daxil olan məlumatlara görə, Suriya tərəfindən 12 raket vurulub.

İsrail müdafiə ordusunun nümayəndələri Homs və Kuneytra bölgəsindəki mövqelərə zərbələr endirdiyi barədə məlumatları şərh etmirlər.

Oxuməni.az