Lesbosda "partizan müharibəsi"

Lesbosda "partizan müharibəsi"

26 Fevral 2020 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Lesbos və Xios Yunan adalarında qeyri-leqal miqrantlar üçün yeni düşərgələrin tikintisinə qarşı çıxan manifestantlarla polisin toqquşması dayandırılmır. Hətta Lesvosda baş verənləri "partizan müharibəsi" adlandırırlar.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, Egey adaları səlahiyyətliləri, yeni düşərgələrin koronavirusdan əhalinin qorunmasını təmin edən sakinlərin maraqlarına uyğun olaraq qurulduğunu izah edir.

"Biz sərbəst nəfəs almaq istəyirik, biz israr edirik ki, ada sakinlərinin tələbləri eşidilsin, daha çox düşərgələr yaradılmasın. Biz tələb edirik ki, bizi eşitsinlər, çünki biz uzun illərdir ki, miqrasiya böhranının çətinliklərini aradan qaldırmağa məcburuq".

"Sərhədlər açılmalıdır ki, bu insanlar müharibə qurtarana qədər istədikləri yerə gedə bilsinlər. Bu problemin həllində isə yalnız Lesbos deyil, bütün Yunanıstan iştirak etməlidir".

Artıq bazar ertəsindən adaya polis xüsusi təyinatlılarının əlavə qüvvələri göndərilir.

Oxuməni.az