Həftarin rəqibi ABŞ-dan kömək istədi

Həftarin rəqibi ABŞ-dan kömək istədi

24 Fevral 16:01
470
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın BMT tərəfindən tanınan legitim Milli Sülh Hökuməti ABŞ-dan paytaxt Tripolidə hərbi baza qurmasını istəyib.

Oxuməni.az xəbər verir ki, bu barədə hökumətin Daxili İşlər naziri Fəthi Başağa açıqlama verib.

Nazir qurulacaq Amerika bazasının xarici ölkələrin Liviyaya müdaxiləsinə əngəl olacağını, terrorizmlə mübarizəni gücləndirəcəyini və ölkədə sabitliyə yol açacağını deyib.

Əlavə edək ki, Milli Sülh Hökumətinin uzun illərdir döyüşdüyü qiyamçı general Xəlifə Haftarın liderliyindəki Liviya Milli Ordusunun əsas müttəfiqi Rusiyadır. ABŞ-ın Liviyada hərbi baza quracağı halda, bunun bölgədəki gərginliyi artıracağı istisna edilmir.

Oxuməni.az