İsrail "İslam cihad" yaraqlılarının bazalarına zərbələr endirib

İsrail "İslam cihad" yaraqlılarının bazalarına zərbələr endirib

24 Fevral 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hərbçiləri yəhudi dövlətinin ərazisini Fələstindən raket atəşinə tutulmasına cavab olaraq, Qəzza zolağında və Suriya paytaxtından cənubda yerləşən "İslam cihad" obyektlərinə zərbələr endirildiyini bildiriblər.

Oxuməni.az euronews-a istinadən xəbər verir ki, nəticədə, radikal Fələstin qruplaşmasının iki üzvü qətlə yetirilib. Fələstinli həkimlərin dediyinə görə, dörd nəfər yaralanıb.

Ordu mətbuat xidmətinin məlumatına görə, bazar günü axşam fələstinli radikallar İsrail üzrə 21 raket buraxıblar, onlardan 13-ü "Dəmir günbəz" HHM sistemi tərəfindən ələ keçirilib. Daha əvvəl elə həmin gün İsrail əsgərləri Qəzza sektoru ilə İsrail arasında sərhədin cənub hissəsində partlayıcı qurğu quraşdırmış iki fələstinlini güllələyib.

Oxuməni.az