Rus muzdluları döyüşə qoşuldu+Video

Rus muzdluları döyüşə qoşuldu+Video

18 Fevral 12:36
263
Bəyəndim (1) Bəyənmədim (0)

Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahı yayıb.

“Düşmən əsgərlərimizə Minsk razılaşmasında qadağan edilən silahlarla atəş açıb. Düşmən 120 millimetrlik minaatanlardan istifadə edir. Həmçinin qumbaraatanlardan və böyük kalibrli pulemyotlardan mövqelərimizi atəşə tutur”, – deyə məlumatda bildirilib.

Ukrayna mətbuatı isə separatçıların hücumu nəticəsində ordunun itkilər verdiyini bəyan edib. Jurnalist Yuri Butusov döyüşlərin səhər 05:00-dan davam etdiyini bildirib:

“Zolotoda döyüşlər 05:00-dan davam edir. Cəbhədə situasiya çox ağırdır. Artilleriya səsini Severodonetsk, Lisiçansk, Popasnoy əhalisi eşidir”.

TSN televiziyası separatçıların hücumu nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi haqqında məlumat yayıb. Separatçılarla bərabər Rusiya muzdlularının da hücumda iştirak etdiyi qeyd edilib.

Hücum zamanı daha bir neçə ukraynalı hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin stabil olduğu açıqlanıb.

Oxuməni.az