İraqdakı amerika bazaları raket hücumuna məruz qalıb

İraqdakı amerika bazaları raket hücumuna məruz qalıb

14 Fevral 2020 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Kərkük şəhəri yaxınlığında yerləşən baza raket atəşinə tutuldu.

Oxuməni.az Al-Mayadeen-ə istinadən xəbər verir ki, amerikalı hərbçilərin yerləşdiyi hərbi obyektin ərazisinə raket düşüb.

Al-Mayadeen də Kərkük üzərində göydə qırıcı təyyarələrin görünən olduğunu qeyd etdi. Sonradan İraq hərbçiləri aviabazanı atəşə tutan qurğunun aşkarlandığını bildiriblər.Qeyd edilir ki, 11 ədəd raket aşkarlanıb. Son bir neçə ayda Amerikanın hərbi bazaları dəfələrlə raket və minaatan zərbələri altında qalıb.

Oxuməni.az